21) Şəkərli diabet xəstəliyinin ağırlaşması nə ola bilər?
A) Metabolik alkaloz
B) Ürək çatışmazlığı
C) Hiperqlikemik koma
D) Metabolik asidoz
E) Hipertonik kriz
Şəkərli diabet zamanı turşu-qələvi müvazinəti turşu tərəfə pozulur, ketoasidoz olur,keton
cisimcikləri MSS-nə (mərkəzi sinir sisteminə) toksik təsir edir, nəticədə xəstə hiperqlikemik
komaya düşür.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.159 “Çıraq” 2008
22) Hiperqlikemik koma zamanı xəstənin nəfəsində hansı iy hiss olunur?
A) Alkoqol iyi
B) Ammonyak iyi
C) Heç nə hiss olunmur
D) Aseton iyi
E) Lax yumurta iyi
Şəkərli diabet zamanı qanda və sidikdə çoxlu miqdarda aseton cisimcikləri əmələ gəlir, nəticədə
xəstədə asetonuriya olur və nəfəsindən kəskin aseton qoxusu gəlir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.159 “Cıraq” 2008.
23) Dərman maddələrinin vena daxilinə yeridilməsinin əsas üstünlüyü nədən ibarətdir?
A) Təxirəsalınmaz yardım zamanı effektin tez əldə edilməsi
B) Qaraciyərin baryer rolunun kənarda qalması
C) Müxtəlif dərman preparatlarının yeridilə bilməsi
D) Asan olması
E) Allegik reaksiyanın olmaması
Orqanizmə yeridilmə yollarından asılı olmayaraq bütün dərman preparatları toxumalara qan
vasitəsilə təsir göstərir. Dərman maddəsinin venadaxilinə yeridilməsi birbaşa toxumalara çatdığı
üçün daha tez təsir göstərir.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 182-186. “Maarif” 1974
24) Yataq yaralarının yaranmaması üçün ağır xəstələrin vəziyyətini neçə saatdan bir