29) UYT (ultra yüksək tezlikli) cərəyan ilə müalicə zamanı xəstə nə hiss edir?
A) Sancma
B) Vibrasiya
C) Yüngül istilik
D) Tirtrətmə
E) Qarışqa gəzintisi
UYT (ultra yüksək tezlikli) cərəyan ilə müalicə zamanı toxumalarda endogen istilik əmələ gəlir, bu
da xəstədə yüngül istilik hissi yaradır.
Ədəbiyyat: Y.İ. Pasınkov. Umumi fizioterapiya. Səh.112 “Maarif” Bakı 1980
30) Plevral punksiya hansı nahiyədə aparılır?
A) Döş qəfəsi, arxa qoltuqaltı xətt, VI-VII qabırğaarası nahiyə
B) Döş qəfəsi, ön qoltuqaltı xətt, VII-VIII qabırğaarası nahiyə
C) Döş qəfəsi, ön qoltuqaltı xətt, V-VI qabırğaarası nahiyə
D) Döş qəfəsi, arxa qoltuqaltı xətt, VII-VIII qabırğaarası nahiyə
E) Döş qəfəsi, orta qoltuqaltı xətt, VI-VII qabırğaarası nahiyə
Plevra boşluğuna maye adətən aşağı paylarda yığılmağa başlayır. Arxa qoltuqaltı xətt üzrə VII-VIII
qabırğaarası nahiyə punksiya daha təhlükəsiz və rahat sayılır.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 94-95