Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə 1 – Terapiya


) İsti vannaları hansı halda tətbiq etmək olmaz?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə19/516
tarix22.01.2022
ölçüsü1,54 Mb.
#51476
1   ...   15   16   17   18   19   20   21   22   ...   516
feldser ixtisasi uzre izahli test numuneleri

35) İsti vannaları hansı halda tətbiq etmək olmaz? 
 
A) Xroniki bronxit 
B) Yüksək hərarət 
C) Kəskin respirator xəstəlik 
D) Xroniki rinit 
E) Xroniki pnevmoniya 
Yüksək hərarətə qızdırmanın II-ci dövründə təsadüf edilir. Xəstənin damarları istinin təsirindən 
genəlir, istilik əmələgəlmə və istilik vermə artır, xəstə çox tərləyir, ona isti olur. İsti vannaların 
tətbiqi damargenəldici təsir göstərir.Bu da xəstədə kollapsa səbəb olduğundan əks-göstəriş sayılır. 
 


Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.105 “Təhsil” Bakı1998 
 
36) Uremik koma zamanı xəstənin nəfəsindən hansı iy gəlir? 
 
A) Lax yumurta 
B) Tütün 
C) Aseton 
D) Ammonyak 
E) Alkoqol 
 
Uremiya-orqanizmin ağır intoksikasiyası olub, böyrəklər tərəfindən azot şlaklarının xaric olmasının 
çətinləşməsi zamanı əmələ gəlir. Uremiya zamanı qanda zülalların parçalanma məhsulları olan – 
sidik cövhəri, sidik turşusu, kreatinin toplanır və bu zaman xəstənin nəfəsindən ammonyak iyi gəlir. 
 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin