17) Mədə qanaxması zamanı istifadə olunan preparatlar hansılardır?
A) Fentanil, relanium
B) Aspirin, prednizolon
C) Aminokapron turşusu, jelatinol
D) Heparin, dibazol
E) Dimedrol, kordiamin
Aminokapron turşusu adətən qanaxmalar zamanı ümumi təsirli hemostatik vasitə kimi, jelatinol isə
hipovolemiya və hemorragik şokla mübarizə üçün plazma əvəzedici məhlul kimi istifadə edilir.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 353
18) 1 ml – də neçə vahid insulin vardır?
A) 30 vahid
B) 10 vahid
C) 20 vahid
D) 25 vahid
E) 40 vahid
İnsulinin dozaları vahidlə göstərilir. Şüşədəki 5 ml – də 200 vahid, başqa sözlə 1 ml- də 40 vahid
insulin vardır. İnsulini birqramlıq şprisə yığarkən yadda saxlamaq lazımdır ki, şprisin hər bölgüsü 4
vahid insulin deməkdir.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı “. Səh.159 “Çıraq “2008.