258) Febril bədən temperaturu hansı həddə dəyişir (C0)?
A) 36,5-37,5
B) 38,1-39,0
C) 36,0-37,0
D) 37,1-38,0
E) 39,0-41,0
Yüksəlmə dərəcəsinə görə zəif qızdırma, yəni febril temperatur 38,1- 39,0 həddində dəyişilir.Bu
həddən yuxarı qızdırma piretik,aşağı isə subfebril qızdırma adlanır.
Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 103. “ Təhsil” Bakı 1998
259) Dərman maddələrinin hansı üsulla yeridilməsi enteral qəbul adlanır?
A) Dərialtı
B) Əzələdaxili
C) Venadaxili
D) Peroral (ağızdan)
E) İntraspinal (onurğa kanalına)
Dərmanlar enteral olraq 3 yolla yeridilir : dilin altına qoymaqla , ağızdan mədə-bağırsağa
ötürülməklə, yəni peroral və düz bağırsaqdan yeritməklə.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
Dostları ilə paylaş: |