270) Arterial təzyiq 180-110 mm civə st-dur - bu nədir?
A) Kollaps
B) Hipotenziya
C) Norma
D) Şok
E) Hipertenziya
İnsanın normal qan təzyiqi 100\60 – 139\89 mm.civə sütununa bərəbərdir . Arterial təzyiq bu
göstəricidən artıq olarsa hipertenziya sayılır.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 183. “ Təhsil” Bakı 1998
271) Ürək yığılmalarının sayı dəqiqədə 54 vurğudur – bu nədir?
A) Ekstrasistoliya
B) Bradikardiya
C) Səyrici aritmiya
D) Taxikardiya
E) Norma
Ürək yığılmalarını sayı normada 1 dəqiqədə 60-90 vurğudur. Bundan az olarsa bu bradikardiya
adlanır.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 183. “ Təhsil” Bakı 1998