Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə 1 – Terapiya


) Dərialtına nə qədər yağlı məhlul yeritmək olar (ml-lə)?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə154/516
tarix22.01.2022
ölçüsü1,54 Mb.
#51476
1   ...   150   151   152   153   154   155   156   157   ...   516
feldser ixtisasi uzre izahli test numuneleri

281) Dərialtına nə qədər yağlı məhlul yeritmək olar (ml-lə)? 
 
A) 3 
B) 5 
C) 2 
D) 6 
E) 4 
Yağlı məhlullar adətən dəri altına yeridilir. Məs. kamfora, retabolil, E vitamini və s., lakin dərialtına 
yeridilən yağlı məhlulun miqdarı 2 ml – dən çox olmamalıdır.Əks halda məhlulun sorulması 
cətinləşir. 
 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 151. “ Təhsil “ Bakı 1998 
 
282) Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən ağır forması 
hansıdır? 
 
A) Kvinke ödemi 
B) Qızartı 
C) Məxmərək 
D) Ekzema 


E) Anafilaktik şok 
Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən ağır forması anafilaktik 
şokdur. Anafilaktik şokun əlamətləri: dəri qızarır, qaşınır, öskürək tutmaları, təngnəfəslik,qusma, 
arterial təzyiqin enməsi, taxikardiya, aritmiya, huşun itməsi. 
 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998 
 
283) Parenteral yeritmək üçün dərman maddələrinin hansı formasından istifadə olunur? 
 
A) Poroşoklardan 
B) Drajelərdən 
C) Steril məhlullardan 
D) Həblərdən 
E) Kapsulalardan 
Parenteral ,yəni həzm traktından kənar yolla dərmanlar orqanizmə inyeksiya vasitəsilə ,steril məhlul 
şəklində yeridilir.Əks halda orqanizmin infeksiyaya yoluxma təhlükəsi yarana bilər. 
 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 137. “ Təhsil” Bakı 1998 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin