350) Yarımçıq doğulmuş uşağın zondla qidalanmasına göstəriş nədir?
A) Pnevmopatiya
B) Bətndaxili infeksiya
C) Əmmə-udma refleksinin olmaması
D) Hipertermiya
E) Donor südü ilə qidalanma
Uşağın ana südü ilə qidalana bilməsi üçün onda əmmə və udma refleksi olma-lıdır. Yarımçıq
doğulmuşlarda bu reflekslər zəif olduğu üçün bir neçə gün onlar döşə qoyulmur, refleks əmələ
gələnə qədər zondla yedizdirilir.
351) Vaxtından əvvəl doğulmuş uşaqlarda fizioloji sarılıq hansı əlamətlə səciyyələnir?
A) Sarılıq gec əmələ gəlir
B) Gedişi uzun müddətli olur
C) Cüzi olur
D) Sarılıq tez keçir
E) Anadan gəlmə olur
38-41 həftədən əvvəl doğulan, çəkisi 2500 qramdan az, boyu isə 45 sm-dən qısa olan uşaq
vaxtından əvvəl doğulmuş sayılır və anatomik-fizioloji xüsusiyyətlərinə görə vaxtında doğulan
uşaqdan fərqlənir. Belə doğulmuş uşaqlarda fizioloji sarılığın gedişi uzun müddətli olur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 124