48) Xəstənin nəbzi bir dəqiqədə 118 vurğudursa, bu nəyi göstərir?
A) Aritmiya
B) Taxipnoe
C) Taxikardiya
D) Bradikardiya
E) Bradipnoe
Normada nəbz vurğularının sayı bir dəqiqədə 60-80-dır. Bir dəqiqədə 60 vurğudan az olduqda
bradikardiya, 80 vurğudan çox olduqda taxikardiya adlanır.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974
49) Yağlı məhlulun hansı üsulla yeridilməsi yağ emboliyasına səbəb olur?
A) Dəriiçi
B) Venadaxili
C) Daxilə qəbulu
D) Əzələdaxili
E) Dərialtı
Yağlı məhlulun səhvən venaya yeridilməsi zamanı yağ emboliyası baş verir. Bu zaman qəflətən
ürək nahiyəsində ağrı, boğulma, dərinin göyərməsi olur.