Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə 1 – Terapiya


) Uşaqlarda mədənin yuyulmasına əks göstəriş nədir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə299/516
tarix22.01.2022
ölçüsü1,54 Mb.
#51476
1   ...   295   296   297   298   299   300   301   302   ...   516
feldser ixtisasi uzre izahli test numuneleri

569) Uşaqlarda mədənin yuyulmasına əks göstəriş nədir? 
 
A) Dərman zəhərlənməsi 
B) Spirtlə zəhərlənmə 
C) Mədə qanaxması 
D) Qida zəhərlənməsi 
E) Perekislə zəhərlənmə 
Müxtəlif mənşəli zəhərlənmələrdə, kəskin qastritdə - uşaqda tez-tez qusma , qaytarma olan hallarda 
ilk yardım mədənin yuyulmasıdır. Mədə qanaxması zamanı  mədənin yuyulması  əks göstərişdir. 
 
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 91 
 
570) Yeni doğulmuşun dərisinin ilkin təmizlənməsi necə aparılır? 
 
A) 70%-li spirtlə 
B) Furasilinlə 
C) 5%-li kalium permanqanatla 
D) Steril bitki yağı ilə 
E) 2%-li yodla 
Yeni doğulmuşun dərisi  çox zərif və incə olduğu üçün tez zədələnə bilir. Ona görə yeni 
doğulmuşun dərisini steril bitki yağı ilə təmizləmək məsləhətdir. 
 
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 60 
 
571) Yeni doğulmuşlarda Apqar şkalası ilə nə qiymətləndirilir? 
 
A) Reflekslər, tənəffüs fəaliyyəti 
B) Uşağın ümumi vəziyyəti 
C) Əzələ tonusu, ürək fəaliyyəti 
D) Dərinin rəngi , reflekslər 
E) Ürək fəaliyyəti, tənəffüs fəaliyyəti, dərinin rəngi, reflekslər 
Uşaq doğularkən onun vəziyyətini qiymətləndirmək üçün Apqar şkalasından istifadə olunur.Bu 
zaman uşaqda ürəyin fəaliyyətinə, tənəffüsün tezliyinə ,dərinin rənginə, əzələ tonusu və reflekslərə 
fikir verilir .Hər əlamətə 2 bal verilərək uşağın vəziyyəti qiymətləndirilir. 
 
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı”2007 səh 48 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   295   296   297   298   299   300   301   302   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin