775) Nəqliyyat immobolizasiyasında nədən istifadə olunmur?
A) Kramer şinası
B) Pnevmatik şina
C) Diterixs şinası
D) Beler şinası
E) Ləçəkvari sarğı
İmmobilizasiya iki cür olur:nəqliyyat və müalicəvi.Nəqliyyat immobilizasiyası xəstənin daşınması
zamanı bədənin zədələnmiş hissəsinə və ya zədələnmiş orqana müvəqqəti olaraq maksimum sakitlik
vermək deməkdir.Nəqliyyat immobilizasiyası ləçəkvari sarğının, pnevmatik şinanın,Kramer
şinası,Diterixs şinasının,bəzən isə əl altında olan vasitələrin-taxta,karton parçasının köməyi ilə
həyata keçirilir.Beler şinasından isə nəqliyyat immobilizasiyasında yox,müalicəvi immobilizasiyada
istifadə olunur.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.174