821) Gözün termomexaniki zədələnmələrində ilkin tibbi yardım nədən ibarətdir?
A) Ağrı kəsici verib,hər iki gözə sargının qoyulması
B) Gözə 15-20 %-li dimeksid məhlulunun damızdırılması
C) Gözə 30 %-li natrium-sulfasil məhlulunun damızdırılması
D) Gözə 1 %-li pilokarpin məhlulunun damızdırılması
E) Gözə 1 %-li tetrasiklin məlhəminin sürtülməsi
Göz almasının termomexaniki zədələnməsi partlayışlar zamanı baş verir.Buna görədə çox vaxt
zədələnmələr kontuziya ilə müşahidə edilir.Bu ilkin olaraq gozdə ağrılar, işıqdan qorxma, göz
yaşının artması, görmə itiliyinin kəskin zəifləməsi ilə müşahidə olunduğu üçün xəstənin hər iki
gözünə sarğı qoyub, daxilə ağrıkəsici həb verərək xəstəxanaya çatdırmaq lazımdır.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского
персонала, Феникс 2000, стр 193