862) İrinli yaraların müalicəsində enzimoterapiya nə ilə aparılır?
A) Fermentlərlə
B) Məlhəmlərlə
C) Zərdablarla
D) Antibiotiklərlə
E) Qan preparatları ilə
İrinli yaralar gec sağaldıqda yara cərrahi işləndikdən sonra sağalma prosesini tezləşdirmək
məqsədil fermentlərdən tripsin,ximotripsin,streptaza və.s işlədili
Ədəbiyyat:H.Sultanov. Cərrahiyyə Bakı 1997.səh(130)
863) Nəcisdə al qırmızı qanın olması hansı orqanın xəstəliyinə şübhə yaradır?
A) 12 barmaq bağırsağın
B) Ağciyərlərin
C) Düz bağırsağın
D) Mədənin
E) Qaraciyərin
Düz bağırsaqda və anus ətrafında venaların varikoz genişlənməsi babasil adlanır.Defekasiya
aktından sonra babasil xəstəliyində qanaxma müşahidə edilirki,bu da al qırmızı rəngdə nəcisdə
aydın görünür.
Ədəbiyyat:H.Sultanov.Cərrahiyyə Bakı 1997.Səh(226)