912) Düz bağırsaq sallamasının neçə mərhələsi vardır?
A) 3
B) 2
C) 4
D) 6
E) 5
Düz bağırsaq sallamasının 4 mərhələsi vardır:
Birinci mərhələdə defekasiya zamanı bağırsaq xaricə çıxır və özüdə geri qayıdır. İkinci mərhələdə
defekasiyadan sonra xəstə özü əli ilə bağırsağı yerinə salır. Üçüncü mərhələdə xəstə öskürdükcə,
asqırdıqda bağırsaq sallanır.Dördüncü mərhələdə bağırsaq xaricə çıxır, geri qayıtmır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 228
913) Dəriyə qoyulan düyünlü tikişlər arasında olan məsafə neçə sm-dən çox olmamalıdır?
A) 0,5
B) 1
C) 2
D) 0,3
E) 3
Dəri düyünlü tikişlə tikilir. Dəri ilə dərialtı toxumalar arıq xəstələrdə bir yerdə, kök xəstələrdə isə
ayrı tikilir. İynə yara kənarından 0,5-1sm məsafədə batılır. Dəriyə qoyulan tikişlər arasındakı
məsafə 2sm-dən artıq olmamalıdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 294