Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə 1 – Terapiya


) Ətrafın sıxılması zamanı ilk tibbi yardım necə göstərilir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə487/516
tarix22.01.2022
ölçüsü1,54 Mb.
#51476
1   ...   483   484   485   486   487   488   489   490   ...   516
feldser ixtisasi uzre izahli test numuneleri

930) Ətrafın sıxılması zamanı ilk tibbi yardım necə göstərilir? 
 
A) Standart şinalarla immobilizasiya aparılır 
B) Periferiyadan mərkəzə doğru sıxıcı sarğı qoyulur və ağrıkəsicilər yeridilir 
C) Antibakterial terapiya aparılır 
D) Oksigen inhalyasiya olunur 
E) Antihistamin maddələrin yeridilir 
 
Qanaxmaların və toksiki maddələrin qana sorulmasının və baş verəcək ağrı şokunun qarşısını almaq 
məqsədilə ətrafın sıxılması zamanı periferiyadan mərkəzə doğru sıxıcı sarğı qoyulur və ağrıkəsicilər 
yeridilir. 
 
Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.126-128 
 


931) Əlaltı vasitələrdən istifadə etməklə zədələnmə ocağında hansı növ tibbi yardım 
göstərilir? 
 
A) Təkmilləşmiş həkim yardımı 
B) Xüsusiləşdirilmiş yardım 
C) İlk yardım 
D) İlk həkim yardımı 
E) İxtisaslaşmış yardım 
 
İlk tibbi yardım zədələnmə ocağında qanaxmanın və ağrının qarşısını almaq üçün aparılır.İlk tibbi 
yardım dəqiq və hərtərəfli düzgün aparılsa ölümün və ağırlaşmaların sayı azalar. 
 
Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.73-76 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   483   484   485   486   487   488   489   490   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin