962) Qeyd edilən preparatlardan narkotik qrupa aid olanı hansıdır?
A) Aminazin
B) Barbital
C) Morfi
D) Kofein
E) Diazepam
Morfi opi çətənəsindən alınan preparatdır. Bu maddəyə asılılıq tez yaranır.
Ədəbiyyat: N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 309
963) Afaziya nədir?
A) Diqqət pozuntusu
B) Nitq pozuntusu
C) Yaddaş pozuntusu
D) Düşüncə pozuntusu
E) Yuxu pozuntusu
Beyin qabığı ilə əlaqədar nitq pozuntusu afaziya adlanır.
Ədəbiyyat: R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 103
964) İsterik tutma zamanı tibb işçisinin taktikası:
A) Xəstəni təcili yardım nəqliyyatı ilə xəstəxanaya çatdırmalı
B) Başa buz qoymalı
C) Başa hündür vəziyyət verməli
D) Oksigen verməli
E) Xəstəyə yarıoturaq vəziyyət verməli
İsteriya psixikanın, hissiyyat və hərəki sferanın psixi travma nəticəsində baş verən keçici
pozuntusudur. Xəstəni yumşaq bir yerə uzatmalı, kənar şəxsləri uzaqlaşdırmaq lazımdır Sterik
tutma xəstənin arzu və istəyini əks etdirən məzmunda olur, nümayiş xarakter daşıyır. Tutma zamanı
yıxıldıqda heç bir zədə almırlar. Sterik tutma zamanı xəstəni yumşaq bir yerə uzatmalı, kənar
şəxsləri uzaqlaşdırmaq lazımdır.
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.458