155) Dodaqların və barmaq uclarının göyərməsi necə adlanır?
A) Hipotermiya
B) Avazıma
C) Hiperemiya
D) Diffuz sianoz
E) Akrosianoz
Kəskin inkişaf edən damar çatışmazlığı zamanı periferik qan dövranının pozulması və A/T(arterial
təzyiqin)-in kəskin enməsi nəticəsində dəri və görünən selikli qişalar avazıyır, sonra göyərir. Ilk
növbədə dodaqlar, barmaq ucları, burnun ucu, sonra isə əllər, ayaqlar göyərir.
Ədəbiyyat: С.А.Мухина. «Общий уход за болъными». Москва «Медицина» 1983. Стр 197
156) Qızdırıcı kompresin düzgün qoyulmaması özünü nə ilə göstərir?
A) Kompres qoyulan yerdə ağrı azalır
B) Kompres qoyulan yer isinir
C) Kompres qoyulan yerdə iltihabi proses sorulur
D) Xəstə üşüyür
E) Kompres qoyulan yerdə qan damarları genişlənir
Kompres 3 qatdan ibarətdir.I)6-8 qatlı tənzif II)müşəmbə III)pambıq və ya qalın parça.Müşəmbə və
ya pambıq I qatı tam örtmədikdə kompreslə dərinin arasına hava daxil olur və dəri soyuyur, xəstə
üşüyür.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 55 “ Çıraq ” 2008.