Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə 1 – Terapiya


) Sadalananlardan hansı anemik sindroma aid deyil?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə187/516
tarix22.01.2022
ölçüsü1,54 Mb.
#51476
1   ...   183   184   185   186   187   188   189   190   ...   516
feldser ixtisasi uzre izahli test numuneleri

338) Sadalananlardan hansı anemik sindroma aid deyil? 
 
A) Qulaqlarda küy 
B) Zəiflik 
C) Təngnəfəslik 
D) Başgicəllənmə 
E) Qusma 
Anemik sindrom zəiflik, başgicəllənmə, qulaqlarda küy, azacıq yükdə təngnəfəslik,ürəkdöyünmə ilə 
xarakterizə olunur. Anemik sindromun ifadəliliyi anemiyanın inkişaf dərəcəsindən asılıdır. 
 
Ədəbiyyat : F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh. 556. 
Bakı. “ Təbib “ 1998 
 
339) Hansı anemiyada xəstə təbaşir, əhəng, gil,torpaq yeməyə ehtiyac duyur? 
 
A) Aplastik 
B) Bütün anemiyalarda 
C) Hemolitik 
D) Dəmir defisitli 
E) B 12 defisitli 
Dəmirdefisitli anemiyalı xəstələr üçün təbaşir, əhəng, gil, torpaq yeməyə cəhd şəklində dadın təhrif 
olunması xarakterik hesab olunur.Buna səbəb dəmir defisitli anemiya zamanı dil məməciklərinin 
atrofiyası nəticəsində dadbilmənin təhrif olunmasıdır. 
 
Ədəbiyyat : F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər.Səh. 539. 
Bakı.“Təbib “1998 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin