446) Uşağın ağız boşluğunu hansı barmaqla yoxlamaq olar?
A) Orta barmaqla
B) Şəhadət barmaqla
C) Çeçələ barmaqla
D) Baş barmaqla
E) İkinci barmaqla
Yenidoğulmuşun ağız boşluğu kiçik olur .Ağız boşluğunun selikli qişası zərif, qan damarları ilə
zəngindir.Ağız boşluğunu zədələməmək üçün çeçələ barmaqla yoxlama aparılır.
Ədəbiyyat: N.Tağıyev Neonatologiya.Bakı 2007səh53
447) Hipertermik sindrom zamanı uşağı soyuq suda isladılmış dəsmala bükmək üçün suyun temperaturu neçə dərəcə olmalıdır?
A) 27
B) 18
C) 25
D) 22
E) 20
Bədən temperaturunun 39 dərəcədən yuxarı olması hipertermiya sayılır. Əmələ gəlmə səbəbi
müxtəlifdir.Əsas məqsəd gələvək ağırlaşmaların qarşısını almaq üçün qızdırmanı dərhal salmaq
lazımdır.Bu məqsədlə uşağı 20 dərəcə temperaturda su ilə isladılmış dəsmala bükmək lazımdır.