466) Epidemik parotit zamanı baş verən ikitərəfli orxit nəyə səbəb olur?
A) Sistitə
B) Pielonefritə
C) Meningitə
D) Qlomerulonefritə
E) Kişi sonsuzluğuna
Yeniyetmə oğlanlarda parotit infeksiyasi orxit şəklində muşahidə oluna bilər. İltihabı proses 1-2 ay
ərzində yumurtaların atrofiyasina gətirib cixara bilər ki,bu da sonsuzluqla nəticələnir.
467) Hepatit keçirmiş uşaq stasionardan sonra neçə ay nəzarətdə olmalıdır?
A) 2 ay
B) 5 ay
C) 6 ay
D) 4 ay
E) 3 ay
Hepatit viris mənşəli kəskin infeksion xəstəlikdir.Bu virusun özü və toksini qara ciyər toxumasini
zədələdiyi ücün əsas müalicə prinsipləri: qoruyucu rejim, dieta , virus əlehinə, dezintoksikasion
terapiyadir. Hepatit keçirmiş uşaq stasionardan sonra 3 ay ərzində nəzarətdə olmalıdır.