468) Uşaqda hiperqlikemik komada ilk yardım nədən ibarətdir?
A) Spazmalitiklər
B) Antihistaminlər
C) Vitaminlər
D) Qlukoza
E) İnsulin
Hiperqlikemik koma qanda şəkərin normadan yuxarı olması nəticəsində əmələ gəlir.Bunun baş
vermə səbəbi İnsulin çatmamazlığıdır.Ona görə də ilk yardım insulin vurulur.
469) Uşaqda hipoqlikemik komada ilk yardım nədən ibarətdir?
A) Spazmolitiklər
B) Vitaminlər
C) İnsulin
D) Antihistaminlər
E) Qlükoza
Hipoqlikemik koma insulin dozası çox olduqda əmələ gəlir, qanda şəkər azalır, ona görə xəstəyə
şirin çay, bal vermək, venaya 50-100mm 20%-li qlukoza vurmaq lazımdır.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008, Səh 334