624) Toxumalar arasına qanın toplanması necə adlanır?
A) Qlioma
B) Mioma
C) Hematoma
D) Teratoma
E) Osteoma
Yumşaq toxumaların qapalı zədələnməsi-əzilmə adlanır. Bu vaxt kapilyarlar partlayır və toxuma
arasına qan yığılır ki, bu da hematoma adlanır.
Ədəbiyyat: N.R.Paleyev “Tibb bacısının məlumat kitabı”. Bakı 1991. Səh 306.
625) Barmaqlarda əməliyyat zamanı tətbiq olunan yerli anesteziya hansıdır?
A) İnfiltrasiya üsulu
B) Vişnevski üsulu
C) Onurğa beyni anesteziyası
D) Oberst-Lukaşeviç üsulu
E) Futlyar anesteziya
Novokainin 1-2%li məhlulundan istifadə edib, müəyyən nahiyəni innervasiya edən bilavasitə sinir
kötüyünə və ya ətraf toxumalara vurmaqla sinir keçiriciliyini müvəqqəti pozmaq olur ki, buna
ötürücü, məhəlli və ya oberst Lukaşeviç üsulu deyilir.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.279