77) Meteorizm hansı sistemin xəstəliklərinin əsas simptomlarındandır?
A) Cinsiyyət sistemi
B) Sidik –ifrazat sistemi
C) Tənəffüs sistemi
D) Həzm sistemi
E) Ürək-qan-damar sistemi
Meteorizm bağırsaqlarda patoloji qaz əmələ gəlməsidir, bu zaman qarın çox köpür, əsasən bağırsaq
diskineziyası zamanı, enterokolit zamanı, qarın boşluğunda aparılan operasiyalardan sonra əmələ
gəlir. Meteorizmi azaltmaq üçün xəstəyə aktivləşmiş kömür verilir, lazım gəldikdə qaz çıxarıcı boru
qoyulur.
Ədəbiyyat : N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 56 “ Çıraq ” 2008.