A) Ensefabol
B) Analgin
C) Aminazin
D) Pirasetam
E) Koffein
Aminazin psixomotor oyanmanı aradan qaldırır, sedativ, adrenolitik təsir göstərir.
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.453
954) Tibb işçilərinin danışıq tərzinin ehtiyatsızlığı nəticəsində müşahidə edilən psixi pozuntu
nədir.?
A) Xəstənin əmək reablitasiyasiyası
B) Xəstənin psixikasına sözlə təsir etmə
C) Xəstələrə nəzarətin təşkili
D) Xəstənin xəstəxanaya yerləşdirilməsi
E) Xəstənin dərmanla müalicəsi
Müalicə məqsədi ilə xətənin psixikasına sözlə təsir göstərilməsidir. xəstəyə psixoterapevtik təsir
göstərilməsində tibb bacısının rolu çox böyükdür. Bu işdə xəstələrlə təmkinli və nəzakətli
davranışın böyük əhəmiyyəti vardır.
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.470
955) Tibb işçilərinin ehtiyatsızlığı nəticəsində müşahidə olunan psixi pozuntu nədir?
A) Yatrogeniya
B) Yaddaş pozuntusu
C) Düşüncə pozuntusu
D) Diqqət pozuntusu
E) İradi-hərəki pozuntu
Tibb bacısının vaxtında və yerində edilmiş qed və göstərişi xəstəyə müsbət təsir göstərdiyi halda
ehtiyatsızlıqla dediyi söz onun vəziyyətini dəyişə bilər və bu ehtiyatsızlıq nəticəsində yaranan
reaktiv hal yatrogeniya adlanır.
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.476
956) Kəskin beyin-qan dövranının pozuntusu zamanı yataq rejiminə neçə gün müddətinə
riayət olunur?
A) 21
B) 30
C) 6
D) 10
E) 14
Kəskin beyin-qan dövranının pozuntusu zamanı beyin funksiyaları 3 həftə (21 gün) ərzində bərpa
olunur
Ədəbiyyat: R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 126
Dostları ilə paylaş: