Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə 1 – Terapiya


) Hansı üsul dərmanların xaricə tətbiq edilməsinə aid deyil?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə67/516
tarix22.01.2022
ölçüsü1,54 Mb.
#51476
1   ...   63   64   65   66   67   68   69   70   ...   516
feldser ixtisasi uzre izahli test numuneleri

124) Hansı üsul dərmanların xaricə tətbiq edilməsinə aid deyil? 
1. Kompress 
2. Toz şəklində səpmək 
3. Damcı şəklində damızdırmaq 
4. Dilin altına qoymaq 
5. Sürtmək 
6. Dəri içinə yeritmək 


 
A) 2,4 
B) 1,4 
C) 2,6 
D) 3,5 
E) 4,6 
Dərmanların xarici tətbiqi dedikdə həmin maddələrin, selikli qişalar və yara səthində işlədilməsi 
nəzərdə tutulur. Dərmanın dilaltı qəbulu və dəriiçinə yeridilməsi dərmanların daxilə tətbiq üsuluna 
aiddir. 
 
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 131 . “ Təhsil ” Bakı 1998. 
 
125) Hansı halda tibb işçisi xəstəyə qızdırıcı kompress qoymalıdır? 
 
A) Yüksək qızdırma olduqda 
B) Yerli irinli proseslər olduqda 
C) Dərinin tamlığı pozulduqda 
D) İnyeksiyadan sonra infiltrat olduqda 
E) Dəridə allergik səpgilər olduqda 
İsidici kompresin təsiri nəticəsində onun qoyulduğu nahiyədəki səthi və dərin qan damarları uzun 
müddət genişlənməyə məruz qalaraq, həmin nahiyəyə qan axınını artırır, venoz stazı aradan qaldırır 
və nəticədə ağrı və şişkinlik aradan qalxır, ona görə inyeksiyadan sonrakı infiltratlar zamanı isidici 
kompresin qoyuluşu göstəriş, sadalanan digər hallarda isə əks- göstəriş sayılır. 
 
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 118 . “ Təhsil ” Bakı 1998. 
 
126) Xəstəyə xardal yaxması qoyarkən tibb işçisi aşağıda göstərilənlərdən hansını düz etmir? 
 
A) Xardal kağızının üstünü dəsmalla örtüb, xəstəni yorğana bürüyür 
B) Xardal kağızını 5-15 dəqiqə xəstənin bədənində saxlayır 
C) Xardal kağızını götürdükdən sonra dərini ilıq suda isladılmış dəsmalla silir 
D) Xardal qoyulacaq nahiyənin üstünü açır 
E) Tibb bacısı xardal kağızını soyuq suda isladıb, xəstənin bədəninə qoyur 
Xardalın müalicəvi təsiri onun tərkibində olan efir-xardal yağı ilə izah olunur. Bu yağ ancaq 40-45 
dərəcə temperaturlu suda xardaldan ayrılaraq dərini qıcıqlandırır və damarları genişləndirir, 
nəticədə həmin nahiyəyə qan axını güclənir, orada qan və limfa dövranı yaxşılaşır, yerli 
toxumaların müqaviməti güclənir. Lakin xardalı soyuq suda islatdıqda xardal efiri ayrılmır və 
xardalla müalicə heç bir effekt vermir. 
 
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 115 . “ Təhsil ” Bakı 1998. 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin