Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə 1 – Terapiya


) Hansı hallarda parenteral qidalanma mütləq göstəriş deyil?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə68/516
tarix22.01.2022
ölçüsü1,54 Mb.
#51476
1   ...   64   65   66   67   68   69   70   71   ...   516
feldser ixtisasi uzre izahli test numuneleri

127) Hansı hallarda parenteral qidalanma mütləq göstəriş deyil? 
 
A) Ağır irinli-septik proseslər zamanı 
B) Bəzi infeksion xəstəliklərdə 
C) Ürəyin işemik xəstəliklərində 
D) Ağız boşluğunda, udlaqda patoloji proses olduqda 
E) İri həcmli əməliyyatlardan sonra (qida borusunda, qarın boşluğunda və s.) 
 
Parenteral qidalanma-əvəzedici terapiyanın xüsusi növüdür. Ürəyin işemik xəstəlikləri zamanı 
mübadilə proseslərinin normal səviyyəsi və bunun üçün lazım olan maddələri xəstə enteral yolla da 
ala bilir. Bu baxımdan parenteral qidalanma ÜİX zamanı mütləq  göstəriş sayılmır. 
Ədəbiyyat: О.А.Долина. «Анестезиология и реанимация».ГЭОТАР –Медиа, Москва.2007. Стр 
86-90 


 
128) Aşağıda göstərilən vəziyyətlərdən hansında tibb işçisi xəstəyə buz qovuğu tətbiq edə 
bilməz? 
 
A) Əzilmələr zamanı ilk 3 gündə 
B) Böyrək sancılarında 
C) Yüksək qızdırma olduqda 
D) Daxili qanaxmalar olduqda 
E) Kəskin appendisit zamanı 
Buz qovuğunun təsiri nəticəsində dəridə və daha dərində yerləşmiş üzvlərin damarlarında sıxılma 
baş verir, nəticədə həmin nahiyələrə qan axını azalır. 
Güclü böyrək sancıları əsasən böyrək daşı xəstəliyi zamanı yaranır, əgər bu zaman xəstəyə buz 
qovuğu tətbiq edilərsə soyuğun təsirindən spazm yaranır və daşın böyrəklərdən sidik axarlarına, 
oradan da sidik kisəsinə keçməsi çətinləşır, nəticədə xəstənin sancıları daha da güclənir. 
 
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 122. “ Təhsil ” Bakı 1998. 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin