Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə 1 – Terapiya


) Xəstədə gəyirmə baş verərsə bu nəyi göstərir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə76/516
tarix22.01.2022
ölçüsü1,54 Mb.
#51476
1   ...   72   73   74   75   76   77   78   79   ...   516
feldser ixtisasi uzre izahli test numuneleri

141) Xəstədə gəyirmə baş verərsə bu nəyi göstərir? 
 
A) Qazların bağırsaq vasitəsilə xaric olmasını 
B) Bağırsaqlarda patoloji qaz əmələ gəlməsini 
C) Mədədəki qazların qida borusu vasitəsilə ağızdan xaric olmasını 
D) Mədə möhtəviyyatının qida borusuna keçməsini 
E) Mədə möhtəviyyatının ağızdan xaric olmasını 
Gəyimə xəstəlik deyil, xəstəliyin əlamətidir.Mədədən qida borusuna keçən hava ağız boşluğundan 
xaric olur. 
Ədəbiyyat :N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 56 “Çıraq” 2008. 
 
142) Xəstədə meteorizm olduqda aşağıda sadalanan yardımlardan hansı effekt vermir? 
 
A) Çobanyastığı dəmləməsi ilə imalə etmək 
B) Xəstənin mədəsinin yuyulması 
C) Qazçıxarıcı boru qoymaq 
D) Xəstəyə aktivləşdirilmiş kömür vermək 
E) Qara çörək, kələm, süd və s. qaz əmələ gətirən qidaları yeməyi qadağan etmək 
Meteorizm bağırsaqlarda patoloji qaz əmələ gəlməsidir, bu zaman qarın çox köpür. Adətən 
meteorizm enterokolitlərdə, qarın boşluğunda aparılan operasiyadan sonra, qara çörək, tərəvəz, süd 
və s. kimi qidalardan sonra da əmələ gəlir. Xəstədə meteorizm olduqda mədənin yuyulması heç bir 
effekt vermir, digər cavablarda göstərilən yardımlar isə meteorizmi əhəmiyyətli dərəcədə azaldır. 
 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.56 “Çıraq ” 2008 . 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin