134) Sifon imaləsini aparmaq üçün hansı məhlulu hazırlamaq lazımdır?
A) 100 ml natrium-hidrokarbonat məhlulu
B) 100 ml 25%-li maqnezium-sulfat məhlulu
C) 1-2 litr təmiz su
D) 10 litr təmiz su
E) 100 ml natrium-xlorid məhlulu
Adi təmizləyici imalələr kömək etmədikdə zəhərlənmələrdə bağırsaqları yumaq üçün ən yaxşı üsül
sifon imaləsidir. Sifon imaləsi üçün 10-12 litr 38
0
C-yə qədər isidilmiş qaynanmış su götürülür. Bu
miqdarda maye bağırsaqların zəhərli maddələrdən təmizlənməsini təmin edir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.49-50 “Azərnəşr”
Bakı 1984
135) Yoğun bağırsaqda iltihabi proses olduqda yerli müalicə kimi hansı imalədən istifadə olunur?
A) Təmizləyici imalədən
B) Hipertonik imalədən
C) Dərman imaləsindən
D) Yağ imaləsindən
E) Sifon imaləsindən
Yoğun bağırsaqda iltihabi proses olduqda yerli iltihabəleyhinə və dezinfeksiya edici vasitə kimi
dərman imalələri istifadə olunmalıdır.Digər növ imalələr adətən yoğun bağırsağın təmizlənməsi
üçün istifadə olunur.
Ədəbiyyat : N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 43 “Çıraq ” 2008.