133) Spirometriyadan hansı məqsədlə istifadə olunur?
A) Ağciyərlərin tənəffüs həcminin ölçülməsi
B) Bədən kütləsinin ölçülməsi
C) Boyun ölçülməsi
D) Əzələ gücünün ölçülməsi
E) Döş çevrəsinin ölçülməsi
İnsanın fiziki inkişafının: boyunun, bədən kütləsinin, döş çevrəsinin, əzələ gücünün, tənəffüs
funksiyasının təyin edilməsi ümumilikdə antropometriya adlanır. Spirometriya ağ ciyərlərin
tənəffüs həcminin ölçülməsinə deyilir. Spirometriya vasitəsilə ağ ciyərlərin həyat tutumunu təyin
edirlər. Spirometriyanı sağlam adamları, xüsusən idmançıları müayinə edəndə, sanatoriyalarda,
ağciyər və ürək xəstəlikləri zamanı tətbiq edirlər.Norma kişilərdə 3500-4500 sm
3
, qadınlarda 2500-
3500 sm
3
–dir. Spirometriyanı, ümumilikdə antropometriyanı tibb bacısı aparır.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” Səh. 8 “ Çıraq ” 2008