13) Hipovolemik şok zamanı təxirəsalınmaz yardımın əsas vəzifəsi nədən ibarətdir?
A) Qanəvəzedicilərin köçürülməsi
B) Ürəyin yığılma fəaliyyətinin stimulyasiyası
C) Sirkulyasiya edən qanın həcminin bərpası
D) Dehidratasiya
E) Damar büzücü preparatların vena daxilinə yeridilməsi
Hipovolemik şok massiv qanitirmələr zamanı, mikrosirkulyasiyanın pozulması, toxumalarda qan
dövranının azalması, toxuma hipoksiyası nəticəsində yaranır. Bu baxımdan ilk növbədə dövriyyədə
olan qan defisitinin bərpası (yəni xəstəyə eyni qrupdan olan qan, plazma, qanəvəzedicilər və s.
köçürülməsi) yerinə yetirilməlidir.
Ədəbiyyat: «Справочнык врача скорой и неотложной помощи».«Феникс» 2001.Стр102-103.
14) Anafilaktik şok zamanı aşağıdakılardan hansı ilk növbədə yerinə yetirilməlidir?
A) Əzələ daxilinə pipolfen məhlulu (2,5 %-2-4ml) yeridilir
B) Xəstəni intubasiya edirlər
C) Dərmanın yeridilməsi dayandırılır, dərman yeridilən yerdən yuxarıda jqut qoyulur
D) Dərman yeridilən yerə adrenalin məhlulu (0,1%-0,5ml, d/a) vurulur
E) Vena daxilinə steroid hormonlar yeridilir
Anafilaktik şokun daha da dərinləşməməsi üçün ilk növbədə buna səbəb olan dərman preparatının
yeridilməsi dayandırılır, jqut isə allergenin yayılmasına mane olur. Sadalanan digər variantlardakı
tədbirlər isə dərhal sonar yerinə yetirilir.
Ədəbiyyat: «Справочнык врача скорой и неотложной помощи». «Феникс» 2001.Стр105