FəLSƏFƏ fənni üzrə proqram tibb və tibb təmayüllü ixtisaslı mütəxəssislər üçün



Yüklə 214 Kb.
səhifə15/33
tarix02.01.2022
ölçüsü214 Kb.
#34779
1   ...   11   12   13   14   15   16   17   18   ...   33
FELSEFE kitab formasi proqram 2020

IV Qnoseologiya

İdrak və onun strukturu. Dünyanın dərkolunanlığı problemi: Fəlsəfi optimizm, skeptisizm, aqnostisizm. Aqnostisizmin əsassızlığı. İdrak insanın dünyaya sosial vasitələnmiş, tarixən inkişaf edən münasibətidir. İdrakın subyekti və obyekti. İnsanın nəzəri və praktiki fəaliyyətində idrakın rolu. İdrakın əsas formaları. İdrak və bilik. Bilik və informasiya. Biliyin məzmunu və strukturu.

Hissi idrak və onun formaları. Duyğu, qavrayış və təsəvvürlərin idrak prosesində rolu. Hissi idrakın məhdudluğu və mücərrəd təfəkkürün zəruriliyi.

Məntiqi idrakın əsas formaları. Anlayış, mühakimə və əqli nəticə. Onların idrakda rolu. İdrakın hissi və rasional səviyyələrinin vəhdəti. Sensualizmin (empirizmin) və rasionalizmin birtərəfliliyi. İdrakda izahetmə və anlama prosedurları. Həqiqət nəzəriyyəsi. Həqiqət, yanılma, səhv və yalan. Həqiqətin obyektivliyi. Mütləq və nisbi həqiqətlər, onların qarşılıqlı münasibəti. Həqiqətin konkretliyi. Ehkamçılığın əsassızlığı. Həqiqətin evristik xarakteri. Həqiqətin meyarları. Praktikanın biliyinin həqiqiliyinin əsas meyarı olması. Praktikаnın strukturu və formaları. Biliyin idraki və praktiki tərəfləri. Bilik və dəyər. Klinik təfəkkürün xüsusiyyətləri. Nəzəri və praktiki təbabətin nəzəri aspektləri: “Sağlamlıq” və “Xəstəlik”. “Norma və patologiya”; “Həyat optimumu”


Yüklə 214 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin