Tarixi prosesin subyektləri və hərəkətverici qüvvələri. Tarixi prosesin subyektləri anlayışı. Ayrı-ayrı dövrlərdə bu anlayışın məzmununun dəyişkənliyi. Müasir dövrdə tarixin subyektləri anlayışının məzmununun genişlənməsi. Xalq, siniflər və sosial qruplar, millət və görkəmli şəxsiyyətlər sosial inkişafın əsas subyektləridir. Xalq anlayışı. Xalq anlayışının konkret - tarixi xarakteri. Onun etnik və sosial-fəlsəfi anlamı. Xalqın tarixin yaradıcısı olmasını şərtləndirən əsas amillər. Xalq kütləsi cəmiyyətin həyatı üçün zəruri olan maddi nemətlərin yaradıcısıdır. Tarix - xalqın öz qarşısına qoyduğu məqsədi həyata keçirməyə yönələn fəaliyyətidir. Sosial tələbatlar və mənafelər ictimai inkişafın əsas mənbələridir. Tələbatların növləri: təbii-bioloji və sosial tələbatlar.