Mövzu12.Varlıq haqqında fəlsəfi təlim
Ontologiya varlıq haqqında təlimdir. Varlıq haqqında müasir fəlsəfi axtarışlar. Varlığın fəlsəfi anlamının əsas səpkiləri. Varlıq, gerçəklik və reallıq anlayışları. Obyektiv və subyektiv reallıq, onların münasibəti.
Varlığın formaları. Əşya, proses və hadisələrin varlığı. Bütöv bir tam kimi götürülən təbiətin varlığı. “İkinci təbiət” varlığı. Insan varlığı və onun ikili təbiəti. Mənəvi varlıq. Varlığın sosial forması və səciyyəvi cəhətləri. Varlığın səviyyələri.
Materiya fəlsəfənin fundamental kateqoriyası kimi. Materiyanın elmi tərifi və onun metodoloji əhəmiyyəti. Materiya varlıq anlayışının konkretləşmiş forması kimi. Substansiya anlayışı və onun materiya ilə münasibəti.
Müasir elm materiyanın quruluşu və struktur səviyyələri haqqında. Cansız təbiətdə və üzvi aləmdə materiya təşkilinin əsas səviyyələri. Sosial həyatda materiya təşkili səviyyələri.
Hərəkət konsepsiyası.Hərəkət materiyanın mövcudluq üsulu kimi. Materiya və hərəkətin əlaqəsi. Hərəkətin əsas tipləri və formaları. Hərəkət formalarının mexanisist və reduksionist anlaşılmasının məhdudluğu. Müasir elmin hərəkət formalarına gətirdiyiyeniliklər.
Məkan və zaman varlığın obyektiv formaları kimi. Məkan və zamanın substansional və relyasion konsepsiyaları. Nisbilik nəzəriyyəsi məkan, zaman və hərəkət edən materiyanın vəhdəti haqqında.
Cansız təbiətdə məkan və zaman formaları. Bioloji məkan və zamanın xüsusiyyətləri. Sosial məkan və zaman.
Dostları ilə paylaş: |