Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 79 Kb.
səhifə14/14
tarix10.05.2022
ölçüsü79 Kb.
#57435
1   ...   6   7   8   9   10   11   12   13   14
Mühazirə-1

7. Fəlsəfənin genezisi. Fəlsəfə ilə ilk tanışlıqda yaranan suallardan biri də onun genezisi, və yaxud mənşəyi və necə yaranması problemi ilə bağlıdır. Genezis (yun. genesis –mənşə, qərarlaşma, əmələgəlmə) probleminin araşdırılması fəlsəfənin nədən, necə, nə vaxt, harada, nə üçün yaranması suallarına cavab verilməsini nəzərdə tutur. Fəlsəfənin genezisi, konkret desək nədən yaranması ilə bağlı üç konsepsiya irəli sürülür: mifogen, qnoseogensintetik, və yaxud, qnoseogen-mifogen.

Mifogen konsepsiyaya görə fəlsəfə mifologiyadan, onun formal dəyişikliyi hesabına daxili inkişafından yaranıb: şəxsli-obrazlı forma şəxssiz-anlayışlı forma ilə əvəzlənir. Məsələn, yunan mifologiyasında titan (titanlar -nəhəng Tanrılar) Okean və nimfa (təbiət İlahələri) Fetida bütün təbiət Tanrılarının baniləridir. Filosof Fales isə Okean obrazını nəzərdə tutaraq belə bir ideyaya gəlir ki, su ilkbaşlanğıcdır və substansiya olaraq hər şeyin əsasında dayanır.

Qnoseogen konsepsiyaya görə, fəlsəfə elmi biliklərin sadəcə ümumiləşdirilməsi nəticəsində yaranır.

Sintetik, və yaxud, qnoseogen-mifogen konsepsiyaya görə fəlsəfənin üç yaranma mənbəyi var: mifoloji dünyagörüşü, bilik (daha doğrusu, ilk elmi biliklər-riyaziyyat, fizika, tibb) və ən adi, gündəlik, həyati-praktik şüur. Məhz bu konsepsiya daha çox əsaslandırılmış hesab olunur.






Yüklə 79 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin