Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə128/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   124   125   126   127   128   129   130   131   ...   187
fəlsəfə mühazirələr.doc 2

8.Şüurun mahiyyəti.
Fəlsəfi fikir ta­rixində şüurun mahiy­yəti, onun varlığa, materiyaya müna­sibəti ətrafında fəlsəfi aspektdə aparılan prinsipial mü­ba­hisə­lərdə həlli bö­yük çətinlik törədən məsələ şüurun mənşəyi mə­sələsi olmuşdur. Ru­hun, şüurun birinciliyini qəbul edən idea­lizm, maddi və mə­nə­vinin paralel mövcudluğunu fərz edən dua­lizm, sözsüz ki, belə bir çətinliklə qarşılaş­mırdı. Hər bir materia­list isə materiya məsələsinə yaxınlaşarkən “öz-özünün səbəbidir” prinsipini pozmadan duyğu və şüur xassələrinə malik materiya­nın mövcudluğunu izah etmək kimi çətin və mürəkkəb bir məsələni həll etməli olurdu.

Qeyd etmək lazımdır ki, müasir fəlsəfə bir çox problemlərə mütləq səhih, və yaxud həqiqətə yaxın cavab verirsə (məsələn, təbiət, cəmiyyət, insan, tarix, varlıq, idrak problemləri), şüur problemi – yaranma mexanizmi, daxili mahiyyəti, materiyaya təsiri – hələ də tam aydınlaşdırılmamışdır. Hal-hazırda fəlsəfə yalnız aşağıdakı müddəaları yəqinliklə təsdiq edir:



  • şüur mövcuddur;

  • o, xüsusi, ideal təbiətə(mahiyyətə) malikdir – bu müddəanı həm idealistlər, həm də materialistlər qəbul edir, lakin materialistlər şüurun materiyadan törəmə olduğunu bildirirlər.

Fəlsəfədə əsas müzakirə olunan məsələlərdən biri də şüurun mənşəyi problemidir. Şüurun mənşəyi haqqında fikirləri üç qrupa bölmək olar:

  • şüur kosmik (və yaxud ilahi) mənşəlidir;

  • şüur bütün canlı orqanizmlərə xasdır (“bioloji” nöqteyi-nəzər);

  • şüur istisnasız olaraq insani xassədir (“insani” nöqteyi-nəzər).

Kosmik (ilahi) nöqteyi-nəzərə görə, şüur öz-özlüyündə mövcud olub, onun daşıyıcısı olan materiyadan – canlılardan, insandan asılı deyil. Şüur birbaşa öz mahiyyətinə görə vahid, bütöv olan kosmosdan (Allah zəkasından) “gəlir”. “Dünya şüurunun” hissəcikləri canlı orqanizmlər və insan şüuru şəklində təbiətə səpələnmişdir.

“Bioloji” nöqteyi-nəzərə görə şüur bütün canlı orqanizmlərə xasdır. Bu nöqteyi-nəzər tərəfdarları öz mövqelərini aşağıdakı müddəalarla əsaslandırırlar:



  • heyvanların həyati spontan (özbaşına) baş vermir, onların şüuruna tabedir və mənaya malikdir;

  • instinktlər təkcə anadangəlmə deyil, sonradan da qazanıla bilər;

  • canlılar həyatları boyu təcrübə toplayır və onlardan bacarıqla istifadə edirlər;

  • heyvanların (xüsusilə aliləri) bəzi hərəkətləri mürəkkəbdir (məs. ov etmə) və şüurun “işləməsini” tələb edir.

“İnsani” nöqteyi-nəzərə görə şüur –istisnasiz olaraq insan beyninin məhsuludur və yalnız insana məxsusdur, heyvanlar isə yalnız instinktə malikdir.

Fəlsəfədə şüur probleminə bir neçə yanaşma mövcuddur. Onlardan dörd əsas olanı aşağıdakı kimi göstərmək olar:



  1. solipsizm;

  2. obyektiv idealizm;

  3. mötədil materializm;

  4. fizikalizm.

Burada 1 və 2 - idealist yanaşma, 3 və 4 - materialist yanaşmadır.

Solipsizm: şüurun mahiyyətinə ifrat idealist yanaşma olub, fərdin şüurunu yeganə səhih gerçəklik, maddi dünyanı isə onun törəməsi hesab edir (Berkli, Yum, Fixte və s.).

Obyektiv idealizm: həm şüurun, həm də materiyanın varlığını qəbul edir, lakin burada birincilik şüura verilir, fərdin şüuru “dünya şüurunun” bir hissəsidir.

Mötədil materializm: şüur materiyanın xüsusi xassəsidir, yüksək inkişaf etmiş materiyanın (yəni, insan beyninin) öz-özünü əks etdirmə qabiliyyətidir.

Fizikalizm: şüurun mahiyyətinə ifrat materialist yanaşma olub, şüurun müstəqil substansiya olduğunu inkar edir. Şüur materiyanın törəməsidir və yalnız fizika və digər təbiyyət elmlərinin köməyi ilə izah edilə bilər.

Şüur probleminə fizikalist yanaşma çoxsayli təbii-elmi biliklərə əsaslanır, onlardan bəziləri aşağıdakılardır:



  • insanın baş beyni gerçəkdən təbiətin mürəkkəb “mexanizmi”, materiyanın ali təşkil səviyyəsidir;

  • konkret insan şüuru beyinsiz mövcud ola bilməz, insan beyni isə bioloji orqanizmdir;

  • bəşəriyyət süni intellekt yaratmaq imkanı qazanır, onun da daşıyıcısı maşın (kompüter) – maddi obyektdir;

  • insan orqanizminə medikamentoz təsirlər insan şüurunda əks edir (məsələn, psixotrop maddələrin qəbulu);

Fizikalizm geniş yayılmışdır və onun bir neçə istiqaməti (nepozitivizm çərçivəsində) mövcuddur:

  • “eyniyyət nəzəriyyəsi” (D.Armstronq, C.Smart) – ruhi prosesləri digər cismani proseslərlə eyniləşdirir – qan dövranı, tənəffüs, beyin prosesləri;

  • “eliminasiya” nəzəriyyəsi (F.Feyerbend) – “ruh”, “mənəvi” anlayışlarının köhnəlmiş və qeyri-elmi olduğunu isbat etməyə çalışır;

  • vulqar materialistlərin nəzəriyyəsi (K.Foxt) – iddia edirlər ki, qaraciyər öd ifraz etdiyi kimi, beyin də fikir ifraz edir.

Marksist fəlsəfədə şüurun mahiyyəti haqqında materialist yanaşma geniş yayılmışdır. Bu daha çox inikas nəzəriyyəsi adi ilə tanınır. Bu nəzəriyyənin mahiyyəti odur ki, şüur yüksək inkişaf etmiş materiyanın materiyanı inikas etdirmə xassəsidir. İnikas nəzəriyyəsinin əsas anlayışları aşağıdakılardır:

  • inikas;

  • qıcıqlandırma;

  • hislik;

  • psixi inikas;

  • inikasın şüurlu forması.

Ümumiyyətlə materiyaya inikas etdirmə xüsusiyyəti xasdır. İnikas – maddi obyektlərin digər maddi obyektlərlə qarşılıqlı təsirdə olmaları nəticəsində özündə onların izini buraxmaq qabiliyyətidir. İnikasa çoxsaylı misallar göstərmək olar: bədəndə cızıqlar, insanın qruntda izi, qruntun insan ayaqqabısında izi, bir əşyanın digər əşya ilə toqquşması nəticəsində əmələ gəlmiş izlər və s. İnikasın elementar formaları aşağıdakılardır:



  • mexaniki;

  • fiziki;

  • kimyəvi.

Lakin inikasın əsas forması bioloji inikasdır. Onun əsas spesifikası odur ki, o yalnız canlı orqanizmlərə xasdır. Onun köməyilə canlılar həm canlı, həm də cansız obyektləri inikas etdirir. Bioloji inikasın əsas formaları:



  • qıcıq;

  • hislik;

  • psixi inikas.

Qıcıq – bioloji inikasın sadə forması olub, canlı orqanizmlərin (hətta bitkilərin) ətraf dünyanın (canlı və cansız) predmet və hadisələrinə reaksiyasıdır. Məsələn, bitki yarpaqlarının istidən quruması, yağışdan formalarını dəyişməsi, günəbaxanın günəşə tərəf dönməsi və s.

Hislik – bioloji inikasın daha ali forması –canlı orqanizmlərin ətraf dünyanı duyğular vasitəsilə inikas etdirməsi.

Psixi inikas – duyğuların düşünülməsi, sistemləşdirilməsi, canlı orqanizmlərin ətraf mühitə uyğunlaşmaq məqsədilə davranışlarını modelləşdirmək qabiliyyəti.

Şüur – bioloji inikasın ən ali forması, insana, qismən də ali heyvanlara xas xüsusiyyətdir. Şüur ətraf dünyanın daha tam inikası və düşünülməsidir, mücərrədləşdirmə və refleksiya qabiliyyətidir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin