Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə125/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   121   122   123   124   125   126   127   128   ...   187
fəlsəfə mühazirələr.doc 2

4.Materiya nədir? Varlıq kateqoriyası son dərəcə ümumi mücərrədləşmədir. O yalnız və yalnız mövcudolma əlamətinə görə ən müxtəlif hadisə, predmet və prosesləri –təbii obyektlər, onların xassə, əlaqə və münasibətləri, insan birlikləri və təkcə insan, sosial institutlar, insan şüurunun halları və s. –özündə birləşdirir. Bütün mövcud olanlar –bu elə bizim də içərisində mövcud olduğumuz bütün dünyadır.

Varlığın əsas sferalarını (formalarını) ayırmaqla biz qeyri-aşkar şəkildə fərz edilir ki, bu sferalara daxil edilmiş hadisə, təzahür və proseslərin çoxobrazlığı hansısa ümumi əsasla birləşmişdir. Buradan belə bir sual meydana çıxır: bu sferaları birləşdirən nəsə varmı, dünyanın bütün sonsuz çoxobrazlığının vəhdətini hökm etmək olarmı?

Dünya çoxobrazlığının vəhdəti ideyası bütün mövcudiyyətin ümumi əsasa malik olması təsəvvürünü törədir. Fəlsəfə tarixində belə ümumi əsası (ilkəsası) işarələmək üçün substansiya kateqoriyasından istifadə edilib. Substansiya (lat. substantia –o şey ki, əsasında dayanıb) son dərəcə geniş kateqoriya olub mövcudluğu üçün özündən başqa heç nəyə ehtiyac duymur.

Antik dövrün ilk fəlsəfi məktəb nümayəndələri substansiya qismində bütün şeyləri, yəni dünyanın çoxobrazlığını əmələ gətirən hansısa maddəni (ünsürü) götürmüşlər. Deməli, ilk filosoflar üçün substansiya bir qayda olaraq su, hava, od, torpaq və yaxud fikri konstruksiya olan apeyron, atom olmuşdur. Fəlsəfi fikrin sonrakı inkişaf mərhələsində substansiya anlayışı daha da genişləndirilmişdir: substansiya daimidir, nisbi dayanıqlıdır, mövcudluğu üçün heç nədən asılı deyil və qavranılan dünyanın bütün çoxobrazlığının və dəyişkənliyinin əsasında dayanır. Fərqli fəlsəfi təlimlərdə belə substansiya olaraq Allah, şüur, ideya, materiya, flogiston, efir və s. götürülür. Buradan aydın görünür ki, substansiyalar iki böyük yarımqrupa ayrılır: maddi və mənəvi (ideal). Artıq bildiyimiz kimi fəlsəfə tarixində iki mühüm ontoloji cərəyan –materializm və idealizm –da məhz hansı substansiyaya üstünlük verilməsi, əsas, ilkin seçilməsi ilə əlaqədardır. Belə ki, materiyanın birinci, şüurun isə ondan törəyib ikinci olmasını iddia edən fəlsəfi cərəyan materializm (“Demokrit xətti”), əksini iddia edən fəlsəfi cərəyan isə idealizm (“Platon xətti”) adlandırılıb.

Həm idealist, həm də materialist fəlsəfi təlimlərdə materiya anlayışı mövcuddur. Lakin, idealist sistemlərdə materiya ikinci dərəcəli hesab edildiyi üçün ciddi müzakirə mövzusu olmamışdır (məs. Platon fəlsəfəsində xora, Aristoteldə isə hile adı ilə). Materializmdə isə əsas fundamental kateqoriya hesab edildiyi üçün materiyaya xüsusi əhəmiyyət verilmişdir.

Məzmunca kasad, həcmcə olduqca geniş kateqoriya olan materiyanın tanıtımının (tərifinin) verilməsi hətta materialistləri də çətinliyə salmışdır. Marksist fəlsəfədə materiyanın V.İ.Lenin tərəfindən verilmiş tərifi daha geniş populyarlıq qazanmışdır. Bu tanıtımı qısa şəkildə belə ifadə etmək olar: materiya bizə duyğularımızla verilən obyektiv gerçəklikdir. Sadə görünməsinə baxmayaraq bu tanıtım kifayət qədər qeyri-adidir. Qeyri-adilik ondadır ki, o dialektik qaydada, əkslik vasitəsilə verilir. Bəs “obyektiv” termini nəyi bildirir? Subyektdən, yəni insandan, onun şüurundan asılı olmamağı. Deməli, materiya bizim şüurumuzdan kənarda və ondan asılı olmadan mövcud olandır. Bütün dünya sanki iki yerə ayrılır: bizim şüurumuz və şüurumuzdan kənardakılar. Lakin, formal məntiqi qaydalara görə predmet əksi ilə, inkari yolla təyin edilə bilməz, daha doğrusu bu yolla predmetə tanıtım (tərif) verilə bilməz. Amma, başqa çıxış yolu olmadıqda bu üsul qaçılmaz olur.

Bu gün materiyanın ən geniş yayılmış və mahiyyətcə marksist tərifi təkrarlayan digər tərifi isə Oksford lüğətində belə verilmişdir: Materiya –şüur və ya ruha əks olaraq ümumiyyətlə fiziki substansiyanı işarələmək (bildirmək) üçün istifadə olunan fəlsəfi kateqoriyadır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin