Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


E.Fromm. Neofreydizmin digər nümayəndəsi Erix Fromm



Yüklə 0,99 Mb.
səhifə121/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   117   118   119   120   121   122   123   124   ...   187
fəlsəfə mühazirələr.doc 2

E.Fromm. Neofreydizmin digər nümayəndəsi Erix Fromm (1900-1980) olmuşdur. K.Marksın təliminin təsiri altında ortodoksal freydizmdən uzaqlaşmışdır. Nasistlərin hakimiyyətə gəlişindən sonra ABŞ-a müraciət etmişdir. “Azadlıqdan qaçış”, “Malik olma, yoxsa var olma”, “Özü üçün insan” adlı əsərləri bestsellerə çevrilmiş, dünyanın bir çox dillərinə tərcümə edilmişdir.

“Azadlıqdan qaçış” əsərində o, özünün sosial-fəlsəfi ideyalarını şərh etmişdir. Onun nəzəri düşüncələrinin əsas mövzusu tarixi inkişaf prosesində psixoanalitik və sosial-iqtisadi amillərin qarşılıqlı təsiridir. İctimai inkişafın dinamikasında psixoloji amillərin böyük rola malik olmasını vurğulayan Fromm, onun əsəasında dərin fundamental tələbatlara malik insanın özünəməxsus psixoloji modelini qurmuşdur. Bunun əsasında isə onun sosial proqramı təşəkkül tapır: insan mövcudluğunun fundamental tələbatları ilə ziddiyyətə girən, onların gerçəkləşməsinə mane olan cəmiyyət mövcudluq hüququna malik deyil.

Bu əsərində Fromm insan varlığının ziddiyyətlərini və onun mühüm problemlərini təhlil etmişdir. Fromm belə hesab edir ki, onlar ən ümumi səciyyə daşıyır. Çünki, hər bir insanın unikallığı və sosiumun qanunları əvvəldən uyuşmazdır. İnsanın mövcudluğu ondan öz seçimi üçün məsuliyyət tələb edir. Lakin o, tez-tez öz şəxsi azadlığından imtina edir bu azadlığı digərinə və ya cəmiyyətə ünvanlayır. Bu isə totalitar rejimlərin yaranmasına gətirib çıxarır. Nəticədə elə insan özünün yaratdığı siyasi institutların əsirinə çevrilir.

“Malik olma, yoxsa var olma” əsərində Fromm tələbatların özünəməxsus təsnifatını vermiş və onların humanist səciyyəsini göstərmişdir: birinci - ünsiyyət və fərdlərarası əlaqəyə tələbat; ikinci - yaradıcılıq tələbatı; üçüncü - varlığın davamlılığı və təhlükəsizliyinə tələbat; dördüncü - identiklik axtarışı, bənzəmə üçün ideallar və nümunələr formalaşdırmağa tələbat; beşinci - dünyanı dərk etməyə və mənimsəməyə tələbat. Bu problemi hərtərəfli tədqiq edən Fromm göstərir ki, əgər insan yaradıcılıq aktında özünü dünya ilə birləşdirməyə qabil deyilsə, onda konkret cəmiyyətdə onun insani situasiyaya cavabı kimi destruktiv qüvvələr baş qaldıra bilər.

Fromma görə insanın əsl dəyəri məhəbbət qabiliyyətindədir. Onun anlamında məhəbbət varlığın ali meyarıdır. Məhəbbət incəsənətinə malik olma prosesində insan xarakterinin strukturu dəyişir. Nəticədə həyata hörmət, identiklik hissi, dünya ilə qovuşmağa tələbat əsas qüvvəyə çevrilir və bununla eqoizmdən altruizmə, malikolmadan varolmaya keçməyə şərait yaranır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin