Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


K.Q.Yunq. Freydin keçmiş həmkarlarından olan Karl Qustav Yunq



Yüklə 0,99 Mb.
səhifə120/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   116   117   118   119   120   121   122   123   ...   187
fəlsəfə mühazirələr.doc 2

K.Q.Yunq. Freydin keçmiş həmkarlarından olan Karl Qustav Yunq (1875-1961) belə bir ideya irəli sürür: Freydin haqqında danışdığı fərdi şüursuzluq yalnız kollektiv şüursuzluğun bir hissəsidir. O, Əlcəzair, Tunis, Keniya, Meksika və ABŞ-a səyahət edir və çoxsaylı eksperimentlər keçirir. O fərqli cəmiyyətlərin müxtəlif təbəqələrinin nümayəndələrinin yuxularını tədqiq edir və belə bir halı müşahidə edir ki, Vyana xanımlarının yuxuları ilə yarımsavadlı mərakeşli yükdaşıyanlar və ya afroamerikanların yuxuda gördükləri süjetlər arasında kifayət qədər oxşarlıq var. Bu faktlar üzərində düşünən Yunq bu nəticəyə gəlir ki, insan yuxularının məzmunu təkcə şəxsi təcrübə ilə yox, bütün insanlara xas olan hansısa amillərlə şərtlənir. Buradan çıxış etməklə o, kollektiv şüursuzluğun mövcudluğu haqqında fərziyyəni irəli sürür. Kollektiv şüursuzluq dedikdə o, bütün insanlara xas olan insan nəslinin həyatının yekununu başa düşürdü. Yunq kollektiv şüursuzluğu həm də psixikanıın universal başlanğıcı, bütün bəşəriyyətin yaddaşı, ümumbəşəri təcrübə kimi izah edirdi.

Yunq kollektiv şüursuzluqda arxetipləri –kollektiv yaddaşın tipik, dayanıqlı formalarını ayırır. Oxşar obrazlar və təsəvvürlər müxtəlif formalarda müxtəlif xalqların nağıllarında, miflərdə, dini təlimlərdə, əfsanələrdə, nəğmələrdə, roman və şerlərdə təkrarlanır. Mahiyyətcə arxetip hər bir insana, onun dünya qavramına xas olan özünəməxsus fikir və ya davranış sxemidir. Yunq arxetipləri qurumuş çay məcrası ilə müqayisə edir. Bu məcra psixi selin istiqamətini müəyyənləşdirir, lakin axının səciyyəsi yalnız selin özündən asılı olur. Arxetiplər şüurda tipik obrazlar şəklində iştirak edə bilər. Həm də arxetipləri müxtəlif obrazlarda təsəvvür etmək mümkündür. Bu insanın məxsus olduğu mədəniyyətin tipindən, onun ətraf dünya haqqında şəxsi təsəvvürlərindən asılıdır. Məsələn, ana arxetipi həm Müqəddəs Məryəm, həm doğuluş və ölüm ilahəsi olan ikiüzlü Kali, həm də küpəgirən qarı surətində ifadəsini tapa bilər. Məhz arxetiplər (qəhrəman, ana-torpaq, iblis, müdrik ağsaqqal və s. obrazları) miflərin, əsatirlərin, bədii yaradıcılığın, yuxugörmələrin əsasında dayanır.

Yunq da mədəniyyəti Freyd kimi instinktlərin boğulması prosesi kimi nəzərdən keçirmişdir. Onun fikrincə mədəniyyət və təbiət arasında ayrılıq universal insan nevrozunu törədir. Bu nevroz Şərq mədəniyyətindən daha çox, Qərb mədənyyətində daha güclü ifadə olunur. Bu şərq insanının psixikasının introvertliyi, qərb insanının psixikasının isə ekstravertliyi ilə əlaqədardır. Ekstravertlik ətraf dünyaya yönəlmə ilə fərqlənir, onlara impulsivlik, təşəbbüskarlıq, davranışın çevikliyi və ünsiyyətcillik xasdır. İntrovertlik üçün isə şəxsi daxili aləmə yönəlilik, özünə müraciət, qapalılıq, sosial passivlik, özünütəhlilə meyllilik xasdır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin