Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə119/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   115   116   117   118   119   120   121   122   ...   187
fəlsəfə mühazirələr.doc 2

- həyat instinkti - nəsil artırmağa və özünüqorumağa cəhd –Eros (qədim yunan mifologiyasında məhəbbət Tanrısı);

- ölüm instinkti - aqressiya və dağıdıcılığa cəhd –Tanatos (qədim yunan mifologiyasında ölüm Tanrısı).

Seksual istəklər (sonradan Freyd bunu “libido” termini ilə ifadə etmişdir –seksual enerji) insan fəallığının əsasıdır. Lakin gerçəklik prinsipini əldə rəhbər tutan insan öz seksual arzularını tam gerçəkləşdirə bilmir. Onları şüurlu şəkildə məhdudlaşdırır (şüursuzluğa sıxışdırır), digər predmetlərə yönəldir. Libido enerjisini digər məcraya –məsələn, bədii yaradıcılıq, idman, ictimai və siyasi fəaliyyət sferalarına –yönəldilməsi psixoanalizdə sublimasiya adlanır. Psixoanalitik fəlsəfə nöqteyi-nəzərincə Motsartın simfoniyaları, Pikassonun rəsmləri, Dostoyevskinin romanları, Eynşteynin elmi nəzəriyyəsi –ümumiyyətlə istənilən insan yaradıcılığı sublimasiyanın nəticəsidir. Tanatos instikti isə öz ifadəsini insan cəmiyyətinin tarixini daim müşayiət etmiş müharibələrdə, qətllərdə, cinayətlərdə, zorakılıqlarda tapır.

Özünün psixoanalitik modelinə əsaslanan Freyd orijinal mədəniyyət fəlsəfəsi yaradıb. O iddia edir ki: “Hər bir ayrıca insan faktiki olaraq mədəniyyətin düşmənidir, hansı ki, o ümumbəşəri maraqları nümayiş etdirməlidir”. Nə üçün?

Freydə görə mədəniyyət insanı öz istəklərini məhdudlaşdırmağa məcbur edir. O, həzz prinsipi ilə gerçəklik prinsipi arasında ziddiyyət yaradır. Mədəniyyət nə qədər inkişaf etmişdirsə, o nə qədər mürəkkəbdirsə, onda olan qadağalar, normalar, qaydalar sayca bir o qədər çoxdur. Biz daha çox təbii istəklərimizi boğmalıyıq. Lakin, insan ilkin, instinktiv istəkləri boğmaq gücündə deyil. İnsan yalnız onları “sıxışdıra” bilər. İnsan ilkin istəkləri dərk edəndə isə onda günah hissi baş qaldırır. Ona görə ki, insan belə bir hiss yaşayır ki, o sosial norma və tələblərə uyğun deyil. Ona görə də Freyd yazırdı ki, mədəniyyət bizim bir çox bədbəxtliklərimizdə günahkardır. Belə ki, onun inkişafı ilə günah və qorxu hissi də artır.



b) Neofreydizm. Çox keçmir ki, Freydin ideyaları çoxsaylı tərəfdarlar qazanır. Hələ Freydin sağlığında Beynəlxalq psixoanalitik assosiasiya yaradılır, şüursuzluq konsepsiyası isə elmi dövriyyəyə daxil edilir. Lakin, psixoanalitik hərəkatda da parçalanma, onun ardıclıları arasında fikir ayrılıqları da özünü çox gözlətmir. Freydin bəzi tələbə və asissentləri onu ciddi şəkildə tənqid edirlər. Onların əsas tənqid hədəfi insan psixikasının bioloji amillərə müncər edilməsi, Freydin insan həyatında sosial amilləri nəzərə almamamsı olmuşdur. Beləliklə, Ziqmuns Freydin ideyalarının ikinci inkişaf mərhələsi –neofreydizm təşəkkül tapır. Bu mərhələ üçün insan davranışının şərhində sosial amillərin ön plana çıxarılması səciyyəvidir. Heofreydizmin ən görkəmli nümayəndələri K.Q.Yunq və E.Fromm olmuşdur.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin