Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə115/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   111   112   113   114   115   116   117   118   ...   187
fəlsəfə mühazirələr.doc 2

c)Kamyu: absurd fəlsəfəsi. Fransız mövcudluq fəlsəfəsinin simasını müəyyənləşdirən digər yazıçı, filosof-ekzistensialist Alber Kamyu (1913-1960) olmuşdur. O yazdığı bədii-fəlsəfi əsərlərinə görə 1957-ci ildə Nobel mükafatına layiq görülmüşdür.

Kamyu fəlsəfəsinin əsas mövzusu insan mövcudluğunun absurdluğu, mənasızlığıdır. Təsəvvür edin: siz hər gün zəngli saatın zənginə yuxudan oyanır, səhər yeməyini yeyir, işə gedir, müəyyən olunmuş zamanda orada olur, sonra evə qayıdırsınız ki, səhər hər şey bir də təkrarlansın. Beləliklə, gündən-günə, həftədən-həftəyə, ildən-ilə: “Yuxudan oyanma, avtobus, dörd saat ofisdə və ya fabrikdə, nahar, avtobus, dörd saat iş, şam, yuxu və bazar ertəsi, çərşənbə axşamı... və şənbə, eyni ritm –bu yolla zamanın böyük hissəsini keçirmək asandır. Lakin bir dəfə sual çıxır: Nə üçün?” Fərd gündəlik həyatın ətalətindən qopur, baş verənləri düşünür. Və başa düşür ki, onun yeganə və çox qısa həyatı absurdlarla (cəfəngiyatlarla) doludur. O bu həyatı tamamilə lazımsız və mənasız şeylərə xərcləyir. Bu zaman insanın qarşısına çox vacib sual çıxır: bu həyat onu yaşamağa dəyərmi? Bu suala verilən istənilən cavab əslində heç nəyi həll etmir. Ən vacib və nəhəng əməllər unudulur, comərdliklə edilən hərəkətlər dünyanı köklü şəkildə dəyişə və ondakı şəri azalda bilmir, ən böyük kəşflər gec-tez insanın əleyhinə yönəlir. Kamyu pessimistdir. Lakin, bununla belə o cəsarətli insandır. Ona görə ki, onun insan mövcudluğunun mənasızlığının dərkindən çıxardığı nəticə –intiharın vəz edilməsi yox, absurdun “aradan qaldırılmasıdır”: “yaşamaq –bu absurd yaşamağı bacarmaqdır”. Fikirləşən insan görməlidir ki, heç bir ümid, “parlaq gələcək”, ölümsüzlük yoxdur. Lakin bütün həyatınla absurdu rədd edərək, ona qarşı üsyana qalxaraq burada və indi yaşamaq lazımdır.

Əlbəttə, heç də hamı öz mövcudluğunun absurdluğunu duymur. Çoxları öz həyatını çox sakitliklə yaşayır və düşünürlər ki, onlar cəmiyyətin faydalı üzvləridir, əməlləri və övladları ilə öz ardıcıllarını qazanırlar. Həyatın böyük hesabla mənasızlığı heç də hamı üçün əlçatar deyil. Belə düşünən insanları Kamyu “absurd insanları” adlandırır: onlar öz səylərinin əbəsliyini anlayırlar, onların öz gələcəkləri haqqında xəyalları olmur. Lakin, bu insanlar öz talelərinə baş əymir, absurda qarşı üsyanda öz “mənini” aşkar edərək “mərd-mərdanə” yaşayırlar.

Kamyu “absurd insana” nümunələr göstərir: Don Kixot, Don Juan, Fateh, Məzhəkəçi, Yazıçı. Mahiyyətcə burada söhbət absurdun “aradan qaldırılmasınnın” müxtəlif yollarından gedir: Don Juan kimi qadını süvməklə, Makedoniyalı İsgəndər kimi ölkələr fəth etməklə, Məzhəkəçi kimi səhnədə müxtəlif həyatlar yaşamaqla və yaxud Yazıçı kimi bədii əsərlər yaratmaqla mövcudluğunun mənasızlığına (absurdluğuna, cəfəngliyinə) qarşı üsyan etmək olar. Lakin, Kamyunun “absurd insan” haqqında fikirlərinin illüstrasiyası üçün istifadə etdiyi ən parlaq obraz Sizifdir. Tanrılar Sizifi ağır daşı dağın zirvəsinə qaldırmağa məhkum ediblər. Zirvəyə çatdırılan daş hər dəfə geriyə, dağın ətəyinə diyirlənir. Tanrılar heç də əssasız olaraq düçünməmişlər ki, mənasız və əbədi əmək cəzaların ən ağırıdır. Sizif bir neçə dəfə Tanrıların iradəsinə qarşı üsyan etdiyi və onlara itaətsizlik göstərdiyi üçün bu cəzaya məhkum edilib. Burada Kamyu ilk baxışda gözlənilməz nəticə çıxarır: “Sizifi xoşbəxt təsəvvür etmək lazımdır”. Nə üçün? Yaxşı, Sizifin cəzası adi insanın gündəlik həyatından çoxmu fərqlənir? Bizlərdən hər biri gündən-günə öz “daşımızı” –iş, ailə qayğıları və s. –dağın zirvəsinə qaldırırıq. Kamyu yazırdı: “Bu gün fəhlə bütün həyatı boyu hər gün eyni zəhməti çəkir, və onun taleyi Sizifin taleyindən heç də az absurd deyil”. Adi insanın qisməti də qədim yunan mifik qəhrəmanının qisməti qədər faciəvidir. Lakin, Sizif heç olmasa bilir ki, qiyama, itaətsizliyə görə cəzalanıb. İnsanlar isə öz taleləri ilə mütiliklə barışaraq daşlarını diyirlədirlər. Sizifin taleyi onun özünə məxsusdur. O, taleyini özü yaradıb, bu onun seçimidir. İnsanların böyük əksəriyyəti eyni sınaqdan keçir, lakin hətta başa düşmür ki, niyə və nə üçün. “Öz əzablarından yaxa qurtara bilməzsən” –deyə Kamyu yazırdı. Lakin, Sizifin əzabı könüllü və şüurludur. Hər dəfə dağın zirvəsinə qalxarkən o, özünün üsyan hüququnu təsdiqləyir. Ona görə də Sizif müti insanların böyük əksəriyyətindən daha xoşbəxtdir. Sizif ona görə xoşbəxtdir ki, zirvəyə bir yüksəliş belə insan qəlbini sevinclə doldurur. Qoy insanın qismətinə qarşı üsyanı məğlubiyyətə məhkum olsun, lakin o Sizifin əməyi qədər əbədidir. Kamyu insan şəxsiyyətinin dəyərlərinin təsdiqinə istiqamətlənmiş üsyanı vəz, tərənnüm edir. Son nəticədə Kamyu təsdiq edir ki, xoşbəxtlik və sevincin mənbəyi insanın özündə və onun azadlığındadır.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin