Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə111/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   107   108   109   110   111   112   113   114   ...   187
fəlsəfə mühazirələr.doc 2

c) C.Dyuinin instrumentalizmi. Praqmatizmin başqa bir, sonradan instrumentalizm adlandırılan versiyasını məşhur Amerika mütəfəkkiri və pedaqoqu Con Dyui (1859-1952) yaratmışdır.

Dyuinin baxışlarına görə insan dəf edilməsi lazım gələn çətinliklə üzləşdikdə fikirləşməyə başlayır. Xatırladaq ki, bununla əlaqədar Pirs əvvəlki inancda şübhənin yaranması haqqında danışırdı. Ona görə də anlayış, ideya, nəzəriyyə -sadəcə alətlərdir (instrument), “situasiyaya açardır”, insanın “fəaliyyət planıdır”. Onlar yalnız və yalnız uğura apardıqları qədər qiymətlidir. Dyui belə hesab edir ki, “intellektin funksiyası obyektlərin surətini çıxarmaq yox, onlarla ən faydalı münasibətlər qurmaqdır”.

Cems kimi Dyui də qeyd edir ki, idrak uyğunlaşdırıcı əhəmiyyət kəsb edir: insan yaşamalı, sağ qalmalıdır, bunun üçün o öz idrak qabiliyyətlərindən istifadə edərək ətraf mühitə uyğunlaşmalıdır. Deməli, insanın ətraf mühitə münasibəti praktikidir, onda maraqlı olmasıdır, yəni həmişə subyektivdir. Ona görə də idrak prosesində biz ideyaları mütləq şəkildə onların faydalılığına görə qiymətləndiririk: o şey həqiqidir ki, ona inanmaq rahatdır.

Bizi əhatə edən dünya dayanıqlı deyil, o dəyişir. Deməli bizim inanclarımız da dəyişməlidir. İdeyalar –köməyi ilə qarşımızda duran problemləri həll etdiyimiz alətlərdir (instrumentlərdir). Ona görə də tərbiyə və təlimin ən yaxşı üsulu, bu prosesdə praktiki məsələlərin qoyuluşu və həllidir. Dyui bu gün də dəbdə olan, öz aktuallığını saxlayan “iş görmə” (hazırlama) pedaqogikasını təklif etmişdir. Bu pedaqogikaya görə öyrənən (şagird, tələbə) biliyi mücərrəd mühakimələr şəklində yox, konkret məsələlərin həlli prosesində almalıdır.

Əsasən XX əsrin əvvəllərində yaranmış praqmatizm sonrakı dövrdə də inkişaf etmişdir. Bu cərəyanın digər nümayəndəsi Riçard Rorti (1931-2007) neopraqmatizm təlimini yaradıb. Praqmatizmin variantlarının hər biri nə qədər orijinal olsa da, bütövlükdə hər birinə xas olan bəzi müddəaları göstərmək mümkündür:

1) təfəkkürün insanın ətraf mühitə uyğunlaşma üsulu kimi nəzərdən keçirilməsi;

2) təfəkkürün dəyərinin uğur qazanmaq üçün səmərəli vasitə kimi verilməsi –təfəkkürün dəyəri onun praktiki faydalılığındadır;

3) idrakın subyekti neytral, bitərəf yox, dərk olunan obyektdə daimi maraqlıdır;

4) həqiqət gerçəkliyi dəqiq əks etdirən nəsə deyil, həqiqəti uğura aparan dayanıqlı inanc kimi müəyyənləşdirmək lazımdır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin