Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


d) X.Orteqa-i-Qasset: kütlələrin qiyamı. Xose Orteqa-i-Qasset



Yüklə 0,99 Mb.
səhifə116/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   112   113   114   115   116   117   118   119   ...   187
fəlsəfə mühazirələr.doc 2

d) X.Orteqa-i-Qasset: kütlələrin qiyamı. Xose Orteqa-i-Qasset (1883-1955) ekzistensializmin İspaniyada ən parlaq nümayəndələrindəndir. Yazıçı, jurnalist, filosof Orteqa-i-Oasset ilk növbədə yazdığı “Kütlələrin qiyamı” ilə məşhurdur.

Orteqa-i-Oasset müasir epoxaya diaqnoz qoyur: bu kütlələrin qiyam epoxasıdır. Bütün zamanlarda cəmiyyət elita və kütləyə bölünüb. Lakin, indi onların qarşılıqlı münasibəti dəyişib: əgər əvvəllər kütlə elitanın üstünlüyünü qəbul edib onun arxasınca gedirdisə, indi kütlə davranış streotiplərini elitaya sırımaq istəyir. “Bu gün bütün dünya kütləyə çevrilir” –deyə Orteqa-i-Oasset kədərlə yazırdı. Lakin, o “elita” və “kütlə” dedikdə sosial sinifləri nəzərdə tutmurdu. Kütlə orta insan, özünü “hamı kimi” hiss edənlərdir. Orta insan isə məxsusi fərqsizliyindən nəinki məyus olur, hətta bundan razıdır. Elita isə qarşısına yüksək tələb və məqsədlər qoyan insandır. Deməli, kütlə insanı ilə elita insanının fərqi onların özlərinə münasibətləri müəyyənləşir. Bu meyarla hətta avara, sərsəri elitaya, professor, prezident isə kütləyə aid ola bilər.

Bəs müsir epoxada kütlə niyə qiyama qalxır? Orteqa-i-Oasset bir neçə səbəb göstərir. Birincisi demoqrafik partlayışdır. İnsanlar sürətlə artır və ənənəvi mədəniyyəti mənimsəyə bilmirlər. İkincisi, kütlələrin qiyamının səbəbi bərabərhüquqluq ideyasının yayılmasındadır. İctimai şüurda qələbəsi üçün bir çox qəhrəmanların özlərini qurban verdikləri insanların təbii bərabərliyi haqqında nəcib ideya son nəticədə hamının qəbul etdiyi adi fakta çevrilir. Müasir cəmiyyətdə silk, zümrə imtiyazları, ictimai fəaliyyət üçün əmlak senzi yoxdur. Lakin, hər bir medalın iki üzü olur: bərabərhüquqluğun əks üzü kütlə insanı üçün belə bir inamın yaranmasıdır ki, bircə onun doğuluş faktına görə ona “hər şey müsaidədir”. Belə insan hüquqa malik olmaq istəyir, lakin bu hüquqdan irəli gələn vəzifəyə, borca yaxın durmur. O, özü ilə dahi arasında fərq görmür. Orteqa-i-Oassetə görə kütlələrin qiyamını törətmiş üçüncü amil texnikanın tərəqqisi nəticəsində həyat keyfiyyətinin bərabərləşməsidir. Əgər Sezarla onun qulu arasında fərq nəhəng olmuşsa, onların həyat tərzləri arasında keçilməz uçurum olmuşsa, bu gün böyük firma sahibi ilə onun muzdlu işçisinin həyat tərzi haqqında fərq o qədər də çox deyil. Bu insanilik baxımdan əlbəttə ki, təqdirəlayiqdir. Qorxulusu odur ki, kütlə insanı bu rifahı təbii və özünü buna yalnız doğuluş faktına görə tam layiq hesab edir. Kütlə insanı bu rifahın mənbəyini görmür və bu rifahı yaradanların əməyinə minnətdarlıq hissi duymur.

Orteqa-i-Oasset kütlə insanının bir sıra xarakterik cizgilərini müəyyənləşdirir. Onları aşağıdakı kimi ümumiləşdirmək olar:

-özündən razılıq (“mən digərlərindən pis deyiləm”);

-həyati tələbatların maneəsiz artımı (şıltaq uşaq yeni-yeni oyuncaqlar istədiyi kimi, kütlə insanı da öz arzu və istəklərində heç bir sərhəd tanımır);

-prinsipial naşükürlük (mənə müsaidədir);

-aqressivlik;

-öz fikrini zorla təlqin etmə (“biz çoxuq, deməli biz haqlıyıq”).

Orteqa-i-Oassetin fikrincə kütlələrin qiyam situasiyası fövqəladə təhlükəlidir, o son nəticədə “yeni barbarlığa” gətirə bilər. Kütlələrin nemətlərindən faydalandığı müasir sivilizasiya çox mürəkkəbdir, onu qorumaq və saxlamaq lazımdır. Lakin, kütlə insanı bu sivilizasiyanın təməl prinsiplərini təsəvvür belə edə bilmir. Onun tarixindən xəbərsizdir, elmi əsaslarını anlamır, fəaliyyət mexanizmlərindən baş çıxarmır. Ona görə də sivilizasiya, fəaliyyətini kütləvi insanın dəyərləndirmədiyi, sürətlə “əriyən” intellektual elitanın səyləri nəticəsində duruş gətirir və mövcudluğuna davam edir.

Ekzistensializm nəinki fəlsəfə tarixində, bütövlükdə mənəvi həyatda ziddiyyətli hadisədir. Onun mövzusunun leytmotivini belə bir müddəa təşkil edir ki, insan bədbəxtdir. O iztirab çəkir. Ona görə də filosoflar insanı öyrənməyə baılamalıdır. Materiyanı, ilkbaşlanğıcı, mütləq ideyanı, Tanrını və s. öyrənmək kifayətdir. Axı insan var və onun varlığının faciəsi fəlsəfəni mərkəzi problemi olmalıdır. Mövcudluq fəlsəfəsinin bir çox ideyaları XX əsrdə incəsənət və ədəbiyyatın inkişafını müəyyənləşdirmişdir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin