Bioloji amillər: düzyerimə, əllərin inkişaf etməsi, böyük beyin, nitq qabiliyyəti.
Fəaliyyət forması: əmək, kollektiv fəaliyyət, təfəkkür, dil və ünsiyyət, əxlaq.
Belə hesab edilir ki, insanın əmələgəlmə prosesində əmək digər amillərlə müqayisədə aparıcı rola malikdir. Əməyin timsalında digər bioloji və sosial amillərin qarşılıqlı əlaqəsi dəqiq aşkarlanır. Məsələn, düzyerimə əlləri əmək alətləri düzəldilməsi üçün azad edir. Əllərin quruluşu (inkişafdan geri qalan baş barmaq, çeviklik) ondan səmərəli istifadəyə şərait yaradır. Birgə əmək prosesi kollektiv üzvləri arasında sıx münasibətlərin yaranmasına gətirir ki, bu da öz növbəsində: fərdiyyətçiliyin cilovlanmasına, tayfa üzvlərinə qayğı ilə yanaşmağa (tabu və normalar sistemi), ünsiyyətin zəruriliyinə (nitqin yaranması) gətirmişdir. Dil təfəkkürün inkişafına yardımçı olmuş, daha mücərrəd anlayışları ifadə etməyə imkan vermişdir. Təfəkkürün inkişafı da öz növbəsində dili yeni sözlərlə zənginləşdirmişdir. Dil həmçinin bəşər övladının biliklərini qoruyub saxlamaq və çoxaltmaqla təcrübənin nəsildən-nəslə ötürülməsinə kömək etmişdir.
Beləliklə, bioloji amillər və sosial fəaliyyət formaları sıx qarşılıqlı əlaqədə olub biri digərindən asılıdır. İnsanı bütövlükdə sırf bioloji amillərə müncər etmək olmaz. Çünki, insanı əsl insan edən yalnız cəmiyyətdir (bunun təsdiqi heyvanlar tərəfindən böyüdülmüş uşaqlardır). Lakin, onu həm də sırf ictimai münasibətlərə də gətirmək olmaz. Ona görə ki, insanın inkişafı üçün bioloji zəmin (inkişaf etmiş beyin, düzyerimə və s.) də zəruridir. deməli insan eyni zamanda iki dünyada – təbii və sosial dünyada yaşayır və o biososial mövcudluqdur.
Dostları ilə paylaş: |