- qeyri-bitkinlik (natamamlıq): bu onunla izah olunur ki, insan təbiəti o qədər mürəkkəb, ziddiyyətli və çoxobrazlıdır ki, onun keyfiyyətlərini tam axıra qədər sayıb qurtarmaq olmaz;
- qeyri-summativlik: insan özünün keyfiyyətlərinin sadə cəminə gətirilə bilməz.
Bununla əlaqədar antik fəlsəfə tarixçisi Diogen Laertinin “Məşhur filosofların həyatı, təlimi və kəlamları” adlı əsərində əksini tapmış maraqlı fakta diqqət yetirək. Platon insana populyarlıq qazanmış tərif verir: “İnsan iki ayaqlı, lələksiz heyvandır”. Platonun əbədi tənqidçisi Diogen Sinoplu isə xoruzun lələklərini yolur və hamıya göstərərək deyir: “Baxın, bu Platonun insanıdır”.
İnsanın mahiyyəti dedikdə isə insanın daxili məzmununu, onun “dərin nüvəsini” müəyyənləşdirən əsas keyfiyyətlər başa düşülür.
Müxtəlif fəlsəfi təlimlərdə insan mahiyyəti ya bioloji və ya sosial başlanğıca, ya da zəka, təfəkkür və ya “İlahi bənzərliyə” və s. gətirilir. İnsanın mahiyyət müəyyənliyinə aid bəzi yanaşmaları nəzərdən keçirək.
Dostları ilə paylaş: |