Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə170/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   166   167   168   169   170   171   172   173   ...   187
fəlsəfə mühazirələr.doc 2

5. Fərd, fərdiyyət, şəxsiyyət. İnsan haqqında fəlsəfi düşüncələrdə fərd, fərdiyyət və şəxsiyyət anlayışlarından geniş istifadə edilir. Bu anlayışların hər biri insan təbiəti və mahiyyətinin ən müxtəlif cəhətlərinə işıq salır.

Fərd insan nəslinin istənilən nümayəndəsidir. Qeyd etmək zəruridir ki, əksər Avropa dillərində, o cümlədən rus dilində bu anlayış “individ” adlanıb dilimizə “bölünməz” kimi tərcümə edilir. Yəni, əgər cəmiyyət bütöv sosial varlıq kimi götürüldükdə, fərd sosial varlığın atomları, ən kiçik zərrəciyidir. Fərd haqqında danışdıqda insanın ən ümumi səciyyəsi nəzərdə tutulur və onun xüsusiyyətləri nəzərə alınmır. Kütlənin belə, şəxssizləşdirilmiş nümayəndəsi kimi götürülən insan sosioloji sorğularda, iqtisadi nəzəriyyələrdə, insan orqanizminin bioloji xüsusiyyətləri haqqında düşüncələrdə iştirak edir.

İbtidai cəmiyyətlərdə insan istisnasız olaraq fərd kimi qavranılmışdır. İbtidai cəmiyyətdəki fərd-insanın digəri ilə istənilən bənzərsizliyi, qeyri-ənənəvi davranışı şübhə doğururdu: hamı konkret tarixi zamanda müqəddəs sayılan və min illər ərzində uğurlu yaşayışı təmin edən ənənələr çərçivəsində hərəkət etməli idi. Eyni zamanda hər bir yenilik, orijinallıq nəslin həyatını təhlükə altında qoya bilərdi. Qeyd edək ki, oxşar hala müasir dövrdə də rastlaşmaq mümkündür. Hamı üçün vahid qaydalar müəyyənləşdirən totalitar rejimlərdə, uğur ideologiyası və reklamın formalaşdırdığı şəxssiz (simasız da demək olar) istehsalçı və istehlakçıların kütləvi cəmiyyətində də istənilən müstəqillik boğulur.

İnsanının xüsusi, təkrarolunmaz xassələrini işarələmək üçün “fərdiyyət” anlayışından istifadə edilir. Fərdiyyət – bir insanı digərindən fərqləndirən təkrarolunmaz xüsusiyyətlərin məcmusudur. Hansısa xüsusi keyfiyyəti sayəsində ümumi kütlədən fərqlənən, seçilən insanı da fərdiyyət adlandırmaq olar.

İnsanlar artıq bioloji səviyyədə bir-biriləriundən fərqlənirlər. Məsələn, barmaq izləri eyni olan iki insan tapmaq mümkün deyil. Hər bir insan onun fiziki və hətta psixoloji quruluşunun müəyyən xüsusiyyətlərini şərtləndirən genlərin xüsusi birləşməsinə malikdir. Psixi planda insanları bir-birindən onların temperamenti fərqləndirir. Artıq antik dövrdə insanları temperamentə görə dörd qrupa ayırmışlar: xolerik, melanxolok, fleqmatik, sanqvinik. Xoleriklər güclü və parlaq hisslərə malik olurlar. Onlar coşqun, həyəcanlı, daha çox əsəbi insan kimi səciyyələnirlər. Melanxoliklər isə əksinə, nadir hallarda həyəcanlanırlar, özünüdüşünməyə meyllidirlər. Fleqmatiklər sakit, astagəl, apatikdirlər. Sanqviniklər təmkinli, həyatsevər, dəyişkən hissli olub yeni şəraitə çətinliklə uyğunlaşırlar.

İnsanın sosial keyfiyyətləri (baxışlar, qabiliyyətlər, tələbatlar, maraqlar, əxlaqi görüşlər və s.) aspektində götürülmüş fərdi səciyyələndirmək üçün şəxsiyyət anlayışından istifadə edilir. Şəxsiyyət – insanın şüur və fəaliyyətinin fərdi xüsusiyyətlərində ifadə olunmuş intellektual, sosial-mədəni və əxlaqi-iradəvi keyfiyyətlərinin dinamik, nisbi dayanıqlı bütöv sistemidir. Şəxsiyyətin təbii əsaslarını onun bioloji xüsusiyyətləri təşkil etməsinə baxmayaraq, onun inkişafının həlledici amillərini (mahiyyət əsaslarını) təbii keyfiyyətləri yox, sosial əhəmiyyətli keyfiyyətləri müəyyənləşdirir. Şəxsiyyət üçün öz davranış motivlərinin dərki, özünügerçəkləşdirmə, fərdi qabiliyyətlərin aşkarlanmasına istiqamətlənmiş şüur və iradənin daim işlək olması səciyyəvidir.

Şəxsiyyətin sosial keyfiyyətləri onun fəaliyyəti, davranışı, digər insanlara münasibətində aşkarlanır. Daxildən gələn davranışlar, həmçinin anket, test və introspeksiya (özünümüşahidə) vasitəsilə insanın daxili aləmi, onun mənəvi və əxlaqi keyfiyyətləri haqqında bəlli dərəcədə mühakimə yürütmək olar. Bu nəinki şəxsiyyətin sosial keyfiyyətlərinin obyektiv dərkinə imkan yaradır, həmçinin onlara formalaşdırıcı təsir göstərir.

“Şəxsiyyət” anlayışı insanı sosial münasibətlərin fəal subyekti kimi səciyyələndirir. Bununla birlikdə hər bir insan fəaliyyətin təkcə subyekti yox, həm də obyekti, əmək bölgüsundən, fərqli ideologiya və psixologiyaya malik sinif və ya sosial qrupa məxsusluğundan irəli gələn rolların məcmusudur. Şəxsiyyətin sosial ətraf, tərbiyə və özünütərbiyə ilə formalaşan dünyagörüşü onun ən mühüm keyfiyyətidir. Dünyagörüşü şəxsiyyətin bütün sosial əhəmiyyətli qərar və davranışlarının yönümünü və xüsusiyyətlərini əhəmiyyətli dərəcədə öncədən müəyyənləşdirir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin