Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə178/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   174   175   176   177   178   179   180   181   ...   187
fəlsəfə mühazirələr.doc 2

İstehsal vasitələri dedikdə isə, köməyi ilə istehsalın gerçəkləşdirildiyi hər şey başa düşülür:

  • əmək alətləri;

  • xammal və materiallar;

  • binalar, tikililər;

  • nəqliyyat və s.

İstehsal münasibətləri –istehsal prosesində insanlar arasında yaranan münasibətlərin məcmusudur. Onlara aşağıdakılar aiddir:

  • istehsal vasitələri üzərində mülkiyyət münasibətləri. Bu istehsal münasibətlərinin həlledici elementidir. Çünki, istehsal vasitələrinə malik olan şəxs gerçəkdə iqtisadiyyatın sahibi olur və şərtləri diktə edir. Eyni zamanda, digərləri, yəni, istehsal vasitələri üzərində mülkiyyət hüququ olmayanlar öz əmək xidmətlərini mülkiyyət sahiblərinə əməkhaqqı müqabilində təklif etməyə məcburdurlar;

  • əmək bölgüsü əsasında fəaliyyətin mübadiləsi münasibətləri;

  • istehsal edilmiş maddi nemətlərin bölgüsü üzrə münasibətlər.

Maddi istehsalın, və yaxud, cəmiyyətin iqtisadi sferasının əhəmiyyəti ondadır ki, o:

  • cəmiyyətin mövcudluğu üçün zəruri maddi bazanı yaradır;

  • cəmiyyət qarşısında dayanan problemlərin həllinə kömək edir;

  • siyasi proseslərə təsir edir;

  • mənəvi sferaya təsir edir – həm birbaşa onun məzmununa, həm də dolayısı ilə mənəvi sferanın daşıyıcısı olan infrastruktura (məktəblər, kitabxanalar, teatrlar, kitablar) təsir göstərir.

Sosial sfera – cəmiyyətin əmək bölgüsü, istehsal vasitələri üzərində mülkiyyət və milli amilə əsaslanmış daxili quruluş sistemi (sosial qruplar, millət, xalqlar). Cəmiyyətin sosial sferasının əsas elementləri aşağıdakılardır:

  • siniflər;

  • stratlar;

  • silklər (təkcə iqtisadi deyil, həm də ənənələrə əsaslana bölgü üzrə)

  • kənd və şəhər əhalisi;

  • fiziki və zehni əmək nümayəndələri;

  • sosial-demoqrafik qruplar (kişilər, qadınlar, qocalar, cavanlar);

  • milli birliklər.

Cəmiyyətin siyasi sferası – sosial qrupların maraqlarını ifadə edən təsisat və təşkilatların məcmusu olub, cəmiyyətə rəhbərliyi həyata keçirir. Cəmiyyətin siyasi sferasının əsas elementləri aşağıdakılardır:

  • dövlət və dövlət orqanları;

  • siyasi partiyalar;

  • ictimai təşkilatlar;

  • həmkarlar ittifaqları;

Cəmiyyətin siyasi sferasının bütün elementləri özünəməxsus funksiyalara malik olsalar da, onlar qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.

Siyasi sistemin əsas institutu dövlətdir. Dövlət –dövlət hakimiyyətini gerçəkləşdirən orqanlar sistemidir. Dövlətin əsas funksiyaları aşağıdakılardır:



  • təmsilçilik – müxtəlif siyasi, sosial qrupların maraqlarını təmsil edir;

  • requlyativ – cəmiyyətdə nizam-intizamı tənzimləmək, ictimai prosesləri idarə etmək;

  • qoruyuculuq – vətəndaşları həm daxili, həm də xarici təhlükələrdən qorumaq;

  • xarici siyasəti həyata keçirmək.

Siyasi sferanın əsas məsələsi hakimiyyət problemidir.

Cəmiyyətin mənəvi həyatının əsas elementləri aşağıdakılardır:



  • mənəvi fəaliyyət;

  • mənəvi dəyərlər;

  • insanların mənəvi tələbatları;

  • mənəvi istehlak;

  • fərdi şüur;

  • ictimai şüur.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin