Mənəvi fəaliyyət – şüurun fəaliyyəti olub, bu fəaliyyət prosesində fikir və hisslər, insan və maddi-mənəvi dünya haqqında obraz və təsəvvürlər yaranır. Mənəvi fəaliyyət nəticəsində mənəvi dəyərlər yaranır. Buna əxlaqi dəyərlər, dini qaydalar, elmi nəzəriyyələr, bədii əsərlər aiddir. Mənəvi fəaliyyət prosesində mənəvi dəyərlər yayılır və insanlar tərəfindən onların mənəvi tələbatlarına uyğun istehlak olunur, yəni insanlar tərəfindən qavranılır, mənimsənilir.
İnsanlar arasında ünsiyyət, mənəvi dəyərlərin qarşılıqlı mübadiləsi mənəvi münasibətlər adlanır.
İnsanın fərdi şüuru – varlığın ayrı-ayrı tərəflərini qavrayır.
İctimai şüur – insanların ictimai praktikasından, onların istehsal, ailə-məişət və hisslərinin məcmusunun digər fəaliyyətindən, əhval-ruhiyyədən, ideyalardan, nəzəriyyələrdən, bədii və dini obrazlardan, varlığın bütün müxtəlifliyini əks etdirən digər baxışlarından yaranır.
İctimai şüurun elementləri aşağıdakılardır:
Gündəlik şüur – cəmiyyət və onun üzvlərinin ətraf gerçəkliyi birbaşa qavramasıdır.
Nəzəri şüur – varlığın ali ümumiləşdirilmiş qavranılmasıdır.
Dostları ilə paylaş: |