Utilitarist ənənə insan fəaliyyətinin əsas məqsədini həm maddi, həm də mənəvi planda faydada, qazancda görür.
Naturalist nəzəriyyələrin ümumi icmalından onda bəzi zəifliklərin olması aydın görsənir. Birincisi, həm xoşbəxtlik, həm həzz, həm də fayda, qazanc insan həyatının möhkəm və əxlaqi əsası ola bilməz. Çünki onlar daha çox eqoist səciyyəlidir və digərlərinin bədbəxtliyi üzərində qurulur. İkincisi, naturalist yanaşmada insan öz arzularının azad ifadəçisi yox, daha çox onların quludur. Üçüncüsü, xoşbəxtlik, həzz, fayda və qazanc subyektiv kateqoriyalardır və hər bir ayrıca fərd tərəfindən fərqli başa düşülür ki, bu da onların müəyyənləşdirilməsində vahid və bütöv prinsipin tapılmasını mümkünsüz edir.
Dostları ilə paylaş: |