Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə104/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   100   101   102   103   104   105   106   107   ...   187
fəlsəfə mühazirələr.doc 2

c) F.Nitsşe. İrrasionalist fəlsəfənin digər görkəmli nümayəndəsi alman filosofu Fridrix Nitsşe (1844-1900) olmuşdur. Onun yaradıcılığı XIX-XX əsrlərin qovuşağında, keçid dövrünün dramatik ziddiyyətlərini əks etdirir. Bununla yanaşı onun təlimi yeni fəlsəfi-mədəni istiqamətlərin yaranmasına təkan vermişdir. F.Nitsşe özü fəlsəfəsinə elmi sistem kimi yox, yeni dövrün önsezisi, “ildırım carçısı” kimi baxmışdır. O təbiət və insan varlığı, mədəniyyət haqda ideyalarını əsasən aforizmlər, fraqmentlər, difiramblar şəklində ifadə etmişdir. Fəlsəfi ideyaları əsasən “Zərdüşt belə söyləmiş”, “Əxlaqın genalogiyası”, “Xeyir və şərdən kənarda. Gələcəyin fəlsəfəsinə prelüdlər” adlı əsərlərində əksini tapıb.

F.Nitsşenin fəlsəfi yaradıcılığını üç mərhələyə ayırmaq olar: 1) romantizm –bu mərhələdə o, Şopenhauer ideyalarının və böyük alman bəstəkarı R.Vaqnerin yaradıcılığının təsiri altında olmuşdur; 2) pozitivizm –bu mərhələdə o təbiyyətşünaslıq, riyaziyyat və tarix kimi konkret elmlərə müraciət edir; 3) kamillik mərhələsi –Nitsşe əsas ideyalarını formulə edir. Buraya ilk öncə dəyərlərin yenidən dəyərləndirilməsi aiddir. Nitsşe Qərb mədəniyyətinin təməl dəyərləri: xeyir, həqiqət, ədalət, zəka və s. kimi dəyərləri yenidən nəzərdən keçirir. Ona görə bu dəyərlər xristian dünyagörüşü çərçivəsində formalaşıb. Nitsşenin qarşısına qoyduğu əsas məqsəd bütün keçmiş fəlsəfi təlimləri öldürücü tənqidə məruz qoymaqdır. Bunsuz köhnə dəyərlərdən birdəfəlik can qurtarmaq və yeni fəlsəfi yaradıcılığa başlamaq mümkünsüzdür.

F.Nitsşe insanda bioloji başlanğıcı ön plana çəkir, bədənin ruhdan üstünlüyünü göstərir, insan təbiətinin naqisliyini vurğulayır, onu “baş tutmamış heyvan” adlandırmaqla (insan “yalançı, süni və uzağıgörməz heyvandır”) onu ciddi-cəhdlə aşağılayır. O özünün əsas vəzifəsini yeni tip insan –fövqəlinsan üçün ali dəyərlərin formalaşdırılmasında görür. Fövqəlinsan müstəqil, yaradıcı, instinktiv həyat yanğısına malik, qorxmaz, qəhrəman və azad şəxsiyyətdir. Bütün bu keyfiyyətlər fövqəlinsana Yer həyatına, bütün yalan və xəstəliklərin kökünü kəsməklə gerçək məna verməsinə kömək edəcək. “Fövqəlinsan Yerin mənasıdır... Baxın, mən qara buludlardan törəyən ildırım carçısıyam: lakin bu ildırım fövqəlinsan adlanır”. Belə insan sərt seçim və şüurlu tərbiyə, kamilləşmə yolu ilə yaradıla bilər. O fövqəlinsanla insanı müqayisə edir: meymun insanla müqayisədə nə qədər eybəcər görsənirsə, insan da fövqəlinsanla müqayisədə o qədər eybəcərdir.

Ümumiyyətlə F.Nitsşeyə görə əslində insan real gerçəkilik yox, gerçək olan fövqəlinsan üçün imkan, potensiyadır. “İnsan –bu, heyvan və fövqəlinsan arasında çəkilmiş kanatdır. Bu kanat uçurum üzərindən keçir”.

Özünün müəllimi hesab etdiyi Şopenhauer kimi Nitsşe də iradəni dünyanın ilkbaşlanğıcı, onun hərəkətverici qüvvəsi olduğunu bildirir. Lakin o, ilk növbədə hakimiyyət iradəsi (hakimiyyət əzmi) haqqında danışır. Onun şüarı belədir: “Həyat hakimiyyət əzmidir”. Bütün mövcud olanlar, o cümlədən insan zəkası ona tabedir. İnsan davranışının bütün formaları onunla müəyyənləşir. Hakimiyyət əzmi həm canlı, həm də cansız təbiətə eyni dərəcədə xasdır. O, bütün qanunları, səbəbiyyəti, zərurəti və s. inkar edir. Hakimiyyət əzminin xalis simvolu fövqəlinsandır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin