Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası



Yüklə 317,92 Kb.
səhifə1/2
tarix25.04.2023
ölçüsü317,92 Kb.
#102209
  1   2
BM221-Aytər İbrahimli-Sərbəst İŞ 2

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası


Fakültə: Siyasi İdarəetmə
İxtisas: Beynəlxalq Münasibətlər
Qrup: 221
Fənn: İnformasiya Texnologiyaları
Mövzu : Süni Zəka
Müəllim: Ədalət Mahmudov
Tələbə : İbrahimli Aytər
  • Plan :
  • Süni zəka: inkişaf, yoxsa təhlükə
  • Üstünlüyü süni zəkaya verməmək üçün onun bir hissəsinə çevrilməliyik
  • Süni intellekt insanı ölümsüzləşdirə bilər
  • Yeni texnologiyaların iqtisadiyyata təsiri
  •  

Sürətlə inkişaf edən süni intellekt texnologiyaları həyatımızda mühüm yer tutur. Amma süni zəka texnologiyalarının sürətli inkişafı həm də alimləri ciddi narahat edir. Onlar insan tərəfindən idarə olunmayacaq yüksək zəkalı sistem barədə xəbərdarlıq edirlər. Nəzəri hesablamalar aparan beynəlxalq alimlər qrupu aşkar edib ki, süni zəkanın inkişafı pik nöqtəyə çatdığı halda insan həqiqətən də onu idarə edə bilməyəcək.


Təsəvvür edək ki, zəkası insan beynini geridə qoyan süni intellekt sistemi yaradılsa, o, insanın köməyi olmadan fərdi şəkildə özünü inkişaf etdirəcək. Bu halda süni zəka mövcud olan bütün proqramları dəyişdirə və şəbəkəyə qoşulmuş bütün sistemləri ələ keçirə biləcək. Alimlər də məhz bundan narahatdırlar.
Dünyanı idarə edən yüksək zəkalı sistem fantastik bir məfhum kimi səslənsə də, unutmamalıyıq ki, günümüzdə mövcud olan bir çox süni intellekt məhsulu illər öncə hamımıza utopiya kimi gəlirdi. Amma bu gün onlar reallığımızın bir parçasıdır. Qlobal super süni intellektin yaradılması yalnız zaman məsələsidir.
Bu isə insanı tədricən ikinci plana keçirəcək. Çünki texnikanın, xüsusən də data və robototexnikanın müasir və gələcək inkişafı, ona qoşulmuş süni intellekt idarəetməsi ilə insana bu sistemdə heç bir şans verməyəcək. Elmin məhz bu istiqamətdə inkişafının başqa alternativi yoxdur.
Bunun ən əsas fundamental səbəbi isə sivilizasiyamızın multiplanetar, hətta transqalaktik mərhələyə çıxması labüdlüyüdür. Hazırda mövcud olan sistemlər fərdi şəkildə müxtəlif tapşırıqları yerinə yetirə bilir, hətta onların proqramçıları belə sistemlərin buna necə nail olduğunu anlaya bilmirlər. Mütəxəssislər düşünürlər ki, yüksək zəkalı sistemin imkanları məhdudlaşdırıla bilər.
Məsələn, onu internetdən və digər texniki cihazlardan uzaq tutmaq olar. Bu halda sistem kənar mühit ilə əlaqə yarada bilməz. Lakin belə hal süni zəka sistemini kifayət qədər güclü etməz, faydası azalar. Narahatlıq doğuran proqnozların qarşısını almaq üçün mütəxəssislər nəzarətçi rolunu oynayacaq alqoritmin yaradılmasını təklif ediblər. Bu cür alqoritm yüksək zəkalı sistemə ciddi nəzarət edə və lazımi anda onu dayandıra bilər. Lakin məsələni müxtəlif variantlarda və daha dərin analiz edəndə məlum olub ki, bu cür alqoritm belə yüksək zəkalı sistemin qarşısında çarəsiz qalacaq.
Alimlər süni intellektlə yanaşı, insan beyninin rəqəmsal interfeysinin yaradılması üzrə də işlər aparırlar. Bu istiqamətdə xüsusən aktiv işləyən İlon Mask işlərin bu templə gedəcəyi təqdirdə ilk insan beyni interfeysinin artıq yaxın 20 ildə hazır olacağını söyləyir. Bu istiqamətdə əsas yanaşma isə budur ki, biz üstünlüyü süni zəkaya verməmək üçün mümkün qədər sürətlə özümüz bu sistemin bir hissəsinə çevrilməliyik. Maskın "Neurolink" layihəsinin əsas məqsədi də budur.
Süni zəka ilə bağlı elmi araşdırmalar genişləndikcə, onun həyatın müxtəlif sferalarında istifadəsi də genişlənir. Artıq xeyli vaxtdır ki, süni zəka sadəcə informasiya texnologiyaları məsələsi deyil və məişətdən siyasətə, incəsənətdən əmək münasibətlərinə, səhiyyədən iqtisadiyyata qədər müxtəlif sahələri əhatə edir. Demək olar ki, hər gün süni zəkanın təəccübləndirən yeni xəbərləri ilə günə başlayırıq. Onun növbəti yeniliyi isə dünyasını dəyişmiş insanların virtual reallıq robotu vasitəsilə "canlandırılma"sıdır. Bu layihənin müəllifi "Zelus Healthcare" şirkətinin təsisçisi Dr. Pratik Desaidir. Onun yaratdığı süni intellekt sistemi ilə insanlar artıq həyatda olmayan yaxınlarının öncədən qeydə alınmış səsləri və videoları ilə ölümsüzləşdirə bilərlər. Bəzi elm adamları bu yeniliyin insan həyatını mənfi istiqamətdə dəyişəcəyi düşüncəsindədir.
Belə ki, daimi hal alarsa, insanlar dünyasını dəyişmiş yaxınlarının avatarları ilə mütəmadi ünsiyyət qursalar, bu, onların psixologiyasına, gündəlik yaşam tərzinə əks təsir edə bilər. Onlar tədricən real həyatdan uzaqlaşaraq tamamilə virtual aləmin təsirinə düşəcəklər. Layihə önümüzdəki 4 il ərzində reallaşdırılacaq. Süni intellektin digər bir yeniliyi isə əbədi həyatdır. Amerikalı alim və futuroloq Rey Kurzveyl süni intellekt texnologiyasının inkişafı sayəsində yaxın yeddi il ərzində insanların əbədi yaşaya biləcəyini proqnozlaşdırır. Alim yeni layihəsi ilə insan orqanizminin yaş və ya xəstəlik faktorları nəticəsində zədələnmiş hüceyrə və toxumalarını bərpa edəcəyini, hətta onları xərçəng kimi xəstəliklərdən belə tamamilə sağaldacağını iddia edir.
Süni intellektin funksionallığı və yarada biləcəyi risklər haqqında çoxlu fərqli fikirlər olsa da, bir çox iqtisadçı onun qlobal iqtisadiyyata yarada biləcəyi müsbət və mənfi təsirləri olduğunu bildirirlər. Belə ki, əmək bazarında baş verə biləcək dəyişikliklər nəticəsində gəlir bərabərsizliyinin mümkün artımı da gündəmdədir. Digər tərəfdən, süni intellektin qlobal ümumi daxili məhsula (ÜDM) müsbət təsirlərinin olduğu da düşünülür. Bəzi iqtisadçılar isə süni intellektin bir çox peşədə işsizliyə səbəb olacağını söyləyirlər.
Heç kim onun insanı mütləq şəkildə hər sahədə əvəz edə biləcəyini iddia etməsə də, süni zəkanın inkişaf etdirilməsi üçün xərclənən fantastik vəsait bunun bir çox sahədə baş verəcəyini istisna etmir. Biznes qurumlarının istehsal xərcləri və maya dəyərini minimuma endirmək istəyi sirr deyil və anlaşılandır. Süni intellektin digər mühüm üstünlüyü isə ağıllı maşınların sutka ərzində, demək olar ki, fasiləsiz istifadə oluna bilməsidir. O, insanlardan fərqli olaraq günün istənilən vaxtında yorulmadan və diqqəti yayındırmadan işləmək üçün proqramlaşdırıla bilər. Süni intellekt texnologiyaları ilə əldə edilən ağıllı maşınlar bir çox sahədə xüsusi üstünlüklər təqdim edir.
Bu üstünlüklər arasında əsas insan zehni üçün çox mürəkkəb ola biləcək problemləri həll etmək bacarığıdır. Süni intellekt insan əli ilə çox uzun müddət ərzində yerinə yetirilə biləcək ən mürəkkəb işləri çox qısa müddətdə yerinə yetirə bilir. Bu üstünlük həm də süni intellektin istifadə olunduğu sahədə səmərəliliyi artırır. İş tapşırıqlarını yerinə yetirərkən sıfır səhv şansı da mühüm üstünlükdür.
Başqa bir qisim isə ChatGPT və digər süni intellekt texnologiyalarının işsizliyi artıracağına dair narahatlıqların şişirdildiyini düşünür. Bu fikirdə olan ekspertlər süni intellektin bir çox mövcud iş yerlərini təkmilləşdirəcəyini, həmçinin yenilərinin açılmasına təşviq edəcəyini söyləyirlər. Lakin bu da faktdır ki, süni zəka bütün keçmiş texnologiyalarda olduğu kimi, mövcud bir çox işi də aradan qaldıracaq

Yüklə 317,92 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin